Universitetin struktur bölmələrində daxili keyfiyyət təminatı və idarəetmə sistemlərinə dair audit proseslərini planlaşdırmaq və həyata keçirmək;
Tədris, inzibati və təşkilati proseslərin mövcud qaydalara, normativ sənədlərə və universitetin daxili prosedurlarına uyğunluğunu yoxlamaq;
Audit zamanı aşkar edilmiş uyğunsuzluqlar və inkişaf ehtiyacları üzrə hesabatların hazırlanması və müvafiq bölmələrə təqdim edilməsi;
Audit nəticələrinə əsasən təkmilləşdirmə təkliflərinin hazırlanması və onların icrasına nəzarət;
Keyfiyyət təminatı sahəsində milli və beynəlxalq standartlara (məsələn, ESG, ISO və s.) uyğun audit alətlərinin və metodlarının tətbiqi;
Risk əsaslı audit yanaşmasını tətbiq etməklə proseslərin səmərəliliyinin qiymətləndirilməsi;
İllik daxili audit planının hazırlanması və icrasına dair hesabatların təqdim edilməsi;
Audit fəaliyyəti çərçivəsində aidiyyəti şöbələrlə koordinasiyanın qurulması və əməkdaşlıq edilməsi;
Daxili yoxlamaların nəticələrinin müvafiq rəhbərliklə paylaşılması və qərar qəbuletmə prosesində iştirak edilməsi;
Audit prosesləri zamanı əldə olunan məlumatların məxfiliyinə riayət edilməsi və etik normalara uyğun hərəkət edilməsi;
Keyfiyyətin təminatı şöbəsinin Əsasnaməsi və universitet rəhbərliyinin qərarlarına uyğun olaraq digər funksiyaların yerinə yetirilməsi;
Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələrin icra edilməsi.
Xüsusi tələblər
Ali təhsil (Magistr təhsili);
Minimum 1 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
İngilis dilində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili arzuolunandır);
Yüksək təşkilatçılıq və təqdimetmə bacarığı;
Komanda ilə işləmək bacarığı;
Analitik və tənqidi düşünmə bacarığı;
MS Office proqramları üzrə sərbəst işləmək bacarığı.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 25.05.2025-ci il saat 18:00