Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müxtəlif növ müqavilələrin hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi;
  • Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, sorğu, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
  • Universitetin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında, məhkəmələrdə təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
  • Müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair mütəmadi olaraq rəylər və arayışlar hazırlamaq, mövcud sənədləri qanunvericilikdəki dəyişikliklərə uyğunlaşdırmaq;
  • Universitetin fəaliyyətini tənzimləyən müxtəlif növ qərarların, əmr və sərəncamların, əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və ya onlara hüquqi rəy verilməsi. 

Xüsusi tələblər

  • Hüquq üzrə ali təhsil (Magistr dərəcəsinin olması üstünlükdür);
  • Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Mülki, Mülki Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar Məcəlləsini, İcra haqqında qanunu bilməli;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • Mülki (əqdlər, korporativ hüquq və s.), inzibati, əmək, miqrasiya, təhsil, mülki və inzibati prosessual qanunvericilik biliyi;
  • Hüquqi sənədləri tərtib etmək qabiliyyəti;
  • Məntiqi və hüquqi analiz qabiliyyətinin olması;
  • Komandada işləmək bacarığı;
  • İngilis dili biliyi olanlara üstünlük veriləcək.


Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 30.05.2025-ci il saat 18:00

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız