Qarabağ Universiteti 2025-2026-cı tədris ili üçün “ Təhsil elmləri”, “Riyaziyyat”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Azərbaycan dili”, “Ədəbiyyat (dillər üzrə)” və “İngilis dili” istiqamətləri üzrə müəllim vakansiyalarına işə qəbul elan edir.
• fənn sillabuslarının hazırlanması;
• tədris prosesi ilə bağlı tədris-metodiki vəsaitlərin hazırlanması;
• bakalavriat səviyyəsində dərs yükünə uyğun fənlərin tədrisi;
• elmi tədqiqatların aparılması v ə nəticələrinin elmi jurnallarda dərc edilməsi;
• təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;
• rəqəmsal bacarıqların tətbiqi;
• tədris prosesindən əlavə, universitetin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak;
• müvafiq istiqamət üzrə kafedranın fəaliyyətinə dair təkliflərin hazırlanması;
• tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi.
• müvafiq sahə üzrə minimum magistr elmi-ixtisas dərəcəsi (elmi dərəcə və/və ya elmi ad üstünlükdür);
• ali təhsil müəssisələrində müvafiq istiqamət üzrə minimum 2 il elmi-pedaqoji iş təcrübəsi (doktorantura təhsili olanlar istisna olmaqla);
• tədqiqat bacarığı;
• minimum B2 səviyyəsində ingilis dili bilikləri (tədrisi ingilis dilində olan fənlərə aiddir);
• tədris prosesində İKT və süni intellektin imkanlarından istifadə bacarıqları;
• tələbəyönümlü və səriştə əsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
• yüksək kommunikasiya bacarığı;
• liderlik və idarəetmə bacarıqları;
• Azərbaycan Respublikasının elm və təhsilə aid qanunvericilik aktları barədə məlumatlılıq;
• ali məktəb pedaqogikası və psixologiyasına, tələbələrlə davranış qaydaları və psixoloji işin təşkilinə dair biliklər.
Tələb olunan sənədlər:
Qeyd 1: Universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.
Qeyd 2: Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adının (nümunə: Riyaziyyat istiqaməti üzrə müəllim) qeyd edilməsi vacibdir. Bildiririk ki,yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 16 may 2025-ci il
Elektron poçt ünvanı: [email protected]
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun
Bakı
Razılaşma yolu ilə