Daxili nəzarət şöbəsinə Məsləhətçi

Bakı

TƏBİB

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Daxili nəzarət məqsədləri üçün TƏBİB-in struktur bölmələrində müvafiq fəaliyyət sahələri üzrə daxili nəzarət prosedurlarının həyata keçirilməsi
  • TƏBİB-in struktur bölmələrinin fəaliyyətinin əsasnamə, daxili qayda və vəzifə təlimatları tələblərinə uyğunluğunun və yayınmaların qiymətləndirilməsi
  • TƏBİB-in struktur bölmələrinin, həmçinin, tabeliyində olan tibb müəssisələrinin əməkdaşlarının törətdiyi hüquqpozmalarını, onların əmək, icra intizamını və qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərini pozması, funksiyalarına uyğun olmayan fəaliyyətlə məşğul olması hallarının araşdırılması və hüquqpozmalara yol vermiş əməkdaşlar barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı təkliflərin verilməsi
  • Aparılmış daxili nəzarət tədbirlərinin nəticələri üzrə cinayət tərkibinin əlamətləri müəyyən edildiyi halda məsələyə hüquqi qiymət verilməsi və sözügedən halların öz təsdiqini tapması halında iş üzrə materialların hüquq-mühafizə orqanlarına göndərilməsi üçün rəhbərlik qarşısında məsələ qaldırılması
  • Daxil olan vətəndaş müraciətlərinin araşdırılması və müvafiq cavabların hazırlanması
  • Xidməti zərurət yarandığı təqdirdə TƏBİB tabeli tibb müəssisələrində yerində yoxlamalarda iştirak edilməsi
  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00.

Xüsusi tələblər

  • Ali təhsil (tibbi və ya iqtisadi)
  • Sahə üzrə minimum 1il iş təcrübəsi
  • Kompüter bilikləri: MS Office proqramları yüksək səviyyədə
  • Komandada işləmə bacarığı
  • Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları
  • Məsuliyyətlilik
  • Dürüstlük və etibarlılıq
  • İntizamlılıq
  • Nəticəyönümlülük


Müraciət qaydası

  • CV [email protected] ünvanına göndərilməlidir
  • Mövzu sətrində “ Daxili nəzarət şöbəsi—Məsləhətçi” qeyd olunmalıdır
  • Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.


Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Yevlax

  • 800 - 1000 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 350 - 800 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız