• Klublarla əlaqələrin qurulması və inkişafı: Federasiyanın nəzdindəki bütün idman klubları ilə qarşılıqlı əlaqələrin effektiv şəkildə qurulması, onların fəaliyyətlərinin koordinasiyası və davamlı əməkdaşlıq mexanizmlərinin yaradılması;
• Məlumatların idarə olunması: Klublara dair statistik məlumatların (idmançılar, məşqçilər, struktur, nəticələr və s.) toplanması, yenilənməsi və müvafiq məlumat bazasında düzgün şəkildə saxlanılması;
• Təşkilati dəstəyin göstərilməsi: Klubların gündəlik fəaliyyətində yarana biləcək ehtiyac və problemlərin operativ şəkildə həllinə dəstək göstərmək, onları aidiyyəti üzrə istiqamətləndirmək;
• Əlaqələndirmə və kommunikasiya: Klublarla Federasiya arasında körpü rolunu oynamaq, məlumat və qərarların düzgün və vaxtında ötürülməsini təmin etmək;
• Görüş və tədbirlərin təşkili: Klublarla vaxtaşırı görüşlər keçirmək, onların təklif və iradlarını dinləmək, bu əsasda təkmilləşdirmə istiqamətləri müəyyənləşdirmək. Birgə seminar, forum və təlimlərin təşkili və icrasında iştirak;
• Əməkdaşlıq layihələrinin təşviqi: Klublar arasında birgə layihələrin təşviqi və həyata keçirilməsinə təşəbbüs göstərmək, qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratmaq;
• Hesabatların hazırlanması: Klublarla bağlı görülmüş işlər üzrə mütəmadi hesabatların tərtibi və rəhbərliyə təqdim olunması, çatışmazlıqlar və inkişaf imkanları ilə bağlı təkliflər hazırlanması.
İş şəraiti:
• Ehtiyac yarandıqda ezamiyyəyə getməyə hazır olmaq;
• Əmək haqqı: 1200 azn (vergilər daxil).
• Yaş həddi: 25–45 yaş arası;
• Təhsil: Ali təhsil (idarəetmə, idman menecmenti, sosial elmlər və ya digər uyğun sahələr üzrə);
• İş təcrübəsi: İdman klubları ilə iş, ictimaiyyətlə əlaqələr və ya təşkilati fəaliyyət sahəsində;
• Əlaqə bacarıqları: Klublarla effektiv münasibət qurmaq, əməkdaşlığı inkişaf etdirmək və əlaqələrin davamlılığını təmin etmək bacarığı;
• Təşkilatçılıq qabiliyyəti: Tədbirlərin, görüşlərin və əməkdaşlıq layihələrinin təşkili və koordinasiyası sahəsində təcrübə;
• Dil bilikləri: Azərbaycan dili səlis, əlavə dil biliyi (rus, ingilis və s.) üstünlükdür;
• Kompüter bilikləri: MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel və Word);
• Şəxsi keyfiyyətlər: Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq, komandada işləmək və nəticəyönümlü olmaq.
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun
Bakı
Razılaşma yolu ilə