İaşə şöbəsinin meneceri (F&B manager)

Qəbələ

Gabala Hospitality Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İaşə şöbəsinin fəaliyyətlərinin müvafiq korporativ strategiya ilə tənzimləndiyini və otelin tədbirlər planının icra edilməsini təmin etmək;
  • Şirkətin brend standartlarının icra edilməsini təmin etmək və qonaqpərvərlik sahəsində davamlı yenilənən tendensiyaların tətbiq olunması təkliflərini vermək;
  • Xüsusi olaraq işlərin pik vaxtlarında bütün əməliyyatlara nəzarət etmək, zəruri sayıldıqda, müvafiq tənzimləmələrin həyata keçirilməsi üçün aidiyyəti olan şöbə rəhbərləri ilə birgə işləmək;
  • İaşə şöbəsinin gündəlik fəaliyyətini idarə etmək və nəzarət etmək;
  • Bütün işçilərin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etməsini təmin etmək;
  • Müştəri tələblərinə uyğun iaşə məhsullarının təchizatını təşkil etmək;
  • İşçi heyətinin təlimatlandırılması və işə nəzarət etmək;
  • Şöbə büdcəsinin hazırlanması və maliyyə resurslarının səmərəli idarə olunmasını təmin etmək;
  • İaşə xidmətlərinin keyfiyyətinə nəzarət etmək və müştəri məmnuniyyətini artırmaq;
  • İctimai ərazilərdə fəaliyyət göstərərək əməkdaşlar və qonaqlar arasında qarşılıqlı münasibətləri müşahidə etmək və qonaqlarla söhbət etmək, zəruri hallarda, qonaq xidmətləri bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə işçilərin təlimləndirilməsi üçün şöbə müdirləri ilə birlikdə işləmək;
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq;
  • İaşə şöbəsinin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın görülməsi, həmçinin çevik planlaşdırmadan istifadə etməklə, işçilərin məhsuldarlığının yüksəldilməsinə kömək etmək;
  • Hər bir iaşə obyektinin (məs. Restoran, kafe, bar, banket zalları)  rentabelli fəaliyyət göstərməsini təmin etmək;
  • Qida və içkilərin maya dəyərinin standartlar çərçivəsində saxlanılmasını təmin etmək;
  • Zəruri sayıldıqda, şöbə üzrə illik marketinq planının tərtib edilməsi, icrası və yenilənməsində iştirak etmək;
  • Şirkətin bütün brend standartlarının icra edilməsini və digər brend standartlarının icra olunmasını təmin etmək;
  • Bütün işçilərin mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək;
  • Müvafiq təlimlər, maarifləndirmə yolu ilə restoran menecerlərinin bacarıqlarını və biliklərini inkişaf etdirmək;
  • Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət;
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
  • Yerləşdirmə: Qəbələ şəhərində kirayə ev təminatı;
  • Nahar yeməyi və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
  • Digər təminatlar: Gabala Hospitality Groupun siyasətinə uyğun;
  • Ünvan, Qəbələ ray., Duruca kəndi., Qafqaz Tufandag Mountain Resort Hotel.

Xüsusi tələblər

  • Cinsi:  Kişi;
  • Təhsil: Ali;
  • Yaş: 25 - 40;
  • Müvafiq sahə üzrə rəhbər vəzifələrdə minimum 3 il iş təcrübəsi; 
  • Təşkilatçılıq və inzibati bacarıqlar;
  • İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarını bilməli;
  • Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı;
  • Xarici dil bilikləri, rus və ingilis dillərini bilməsi;
  • Komandada işləmək bacarığı
  • Diqqətli, məsuliyyətli və cəld olmalı.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 350 - 800 AZN

Premium
  • Yevlax

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız