Tikinti və istismara vermə fəaliyyətlərini yaxından izləmək, sənədlərin gözdən keçirilməsi yolu ilə mühəndislik layihəsinə baxmaq və töhfə vermək, əsas diqqəti isə quraşdırmaya nəzarət, aravermə, test və təhvil prosesi üzərində cəmləşdirmək;
Telekommunikasiya sistemlərinin montajı, quraşdırılması və istismara verilməsi ilə bağlı bütün layihələrə dəstək göstərmək;
Zərurət olduqda Telekom sistemi üzrə yoxlama gəzintilərində iştirak etmək və qeydə alınan uyğunsuzluqların aradan qaldırılmasını idarə etmək;
Subpodratçılarla birlikdə zəruri düzəlişlərin edilməsi və uyğunsuzluqların aradan qaldırılması üçün tədbir görmək;
Tikinti və istismara vermə fəaliyyətlərini dəstəkləmək üçün lazım olduqda Red Line Mark Up (dəyişiklikləri əks etdirən) çəkilişlərini nəzərdən keçirmək və yoxlamaq;
Podratçı və üçüncü tərəflərlə planlaşdırma prosesində iştirak etmək və telekommunikasiya işlərinin icrasını təmin etmək;
Sistemlərin istismara verilməsi prosesinin Korporativ Uyğunluq tələbləri ilə uyğunlaşdırılmasını və bu tələblərin nəzərə alınmasını təmin etmək;
Telekommunikasiya üzrə mühəndislik standartlarını, müqavilələr və satınalma sifarişləri üçün hazırlanan əlavələri nəzərdən keçirmək və rəy bildirmək;
Liderliyin tələb etdiyi hallarda texniki qəbul üçün Zavod İçi (FAT) və Sahə İçi (SAT) testlərdə şirkət nümayəndəsi qismində iştirak etmək;
Xətt boyunca dirəklərə və avadanlıqlara fiber/mis kabellərin, tutqacların, dayaqların və digər birləşmələrin quraşdırılması üçün müştəriyə sistemlərdə tikinti üçün sərfəli mühəndislik layihəsi hazırlamaq və bu zaman milli və yerli tikinti tələblərinə uyğunluq göstərmək;
Layihə komandaları və mühəndislərlə koordinasiyalı şəkildə işləyərək bütün işlərin düzgünlüyünü, tamlığını və vaxtında çatdırılmasını təmin etmək;
Səs və məlumat kabellərini əhatə edən şəbəkə mühitində nasazlıqları aradan qaldırmaq və test etmək;
Kompüter diaqnostikası aparmaq və avadanlıq və proqram təminatı ilə bağlı problemləri müəyyənləşdirmək;
Defektli komponentlərin dəyişdirilməsini əlaqələndirmək və texniki yardım göstərmək;
Telekommunikasiya avadanlıqlarının texniki xidmətinə nəzarət etmək;
Kompüter avadanlığı və proqram təminatı, şəbəkə və telekommunikasiya avadanlığı, test cihazları, kabellər və alətlər üçün satınalma sifarişləri hazırlamaq;
Telekommunikasiya avadanlıqlarının, o cümlədən, PAGA /RF Access control və s. sistemləri, aktiv və passiv avadanlıqlarn sifarişi və inventar nəzarətini həyata keçirmək.
Xüsusi tələblər
Telekommunikasiya / İT sahəsində ali texniki təhsil;
Neft/Qaz sənayesi, Telekommunikasiya sahəsində minimum 5 ildən yuxarı təcrübə;
Neft/qaz sektorunda telekommunikasiya sistemləri ilə işləmək;
Komanda ilə işləmək bacarığı;
Layihə idarəetmə proseslərini anlamalı və alətləri ilə işləmək bacarığı;
Microsoft Office proqramlarını bilməli;
Keçmiş HAOR/SOCAR projelərində iştirak və iştəcrübəsinə üstünlük veriləcək.