Şəbəkə, istehsalat texnologiyaları (İT) və sənaye nəzarət sistemləri (SNS) üçün təhlükəsizlik tədbirlərinin hazırlanması, yerinə yetirilməsi və idarə edilməsi;
Təhdid və zəifliklər üçün təhlükəsizlik sistemlərinə nəzarət edilməsi və təhlükəsizlik hadisələrinə qarşı cavab tədbirlərinin vaxtında görülməsi;
Qabaqcıl sənaye təcrübələrinə uyğun olaraq təhlükəsizlik siyasətinin, prosedurların və standartlarının işlənib hazırlanması və müntəzəm yenilənməsi;
Təhlükəsizlik risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, müəyyən nəzarət tədbirlərinin tövsiyə edilməsi və həyata keçirilməsi üçün digər şöbələrdən olan qruplar ilə əməkdaşlıq edilməsi;
Ən son texnologiyalardan və təhlükəsizlik sahəsində yeniliklər barədə məlumatlılıq və təşkilatın təhlükəsizlik vəziyyətinin davamlı qiymətləndirilməsi və təkmilləşdirilməsi;
Təhlükəsizlik mülahizələrinin bütün istehsalat fəaliyyətlərinin planlaşdırılması və icrasına inteqrasiya olunmasını təmin etmək üçün təşkilatın bütün səviyyələrində maraqlı tərəflərlə əməkdaşlıq edilməsi;
Qeyri-texniki maraqlı tərəflərə mürəkkəb təhlükəsizlik konsepsiyaları və risklər barədə məlumat verilməsi və təhlükəsizlik sahəsində qabaqcıl təcrübələr ilə bağlı işçi heyəti üçün təlimlərin təşkil edilməsi;
İstehsalat texnologiyalarının kiber təhlükəsizlik komponentlərinin (AWL, IPS, IDS, Siem, anomaliyaların aşkarlanması və s.),quraşdırılması və idarə edilməsi, zəruri hallarda texniki qulluq, istismar, rezervləşdirmə, yenilənmə işlərinin şəxsən aparılması;
İstehsalat texnologiyaları qurğularının sistemlərində düzəliş (patch) və yeniləmə komponentlərinin istismara verilməsinin təmin edilməsi, bu proseslərin standartlar daxilində planlaşdırılması və həyata keçirilməsi;
İstehsalat texnologiyalarının kritik infrastrukturu və nəzarət sistemlərinin infrastrukturları ilə əlaqəli kiber təhlükəsizlik proseslərinin izlənilməsi, texnologiyada yeniliklərə uyğun olaraq tələblərin təklif edilməsi, müvafiq layihələrin idarə edilməsi;
İT qrupları ilə sıx əməkdaşlıq, növbəti tədbirlər barədə məlumatlılıq, kiber təhlükəsizlik qruplarının layihələrində fəal iştirak;
Xüsusi tələblər
Kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
Kiber təhlükəsizlik sahəsində 5 ildən artıq təcrübə;
Brandmauer, müdaxilə aşkaretmə sistemləri (MAS), şifrələmə və şəbəkə təhlükəsizlik protokolları kimi kiber təhlükəsizlik texnologiyaları sahəsində güclü biliklər;
Nist, ISO 27001/27019, IEC 62443, API 1164 kimi təhlükəsizlik məlumatları və hadisələrinin idarə edilməsi (SİEM) alətləri və müxtəlif təhlükəsizlik infrastrukturu ilə təcrübə;
CİSSP (Məlumatların təhlükəsizliyi sistemləri üzrə sertifikatlaşdırılmış mütəxəssis) və ya CEH (sertifikatlaşdırılmış etik haker) kimi kiber təhlükəsizlik sertifikatlarının olması arzuolunandır.