Kompüter mühəndisliyi proqramı üzrə mühəndis köməkçisi

Bakı

Türkiyə Azərbaycan Universiteti

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kompüter mühəndisliyi laboratoriyalarında mövcud bütün informasiya sistemlərinin idarə edilməsi və dərslərə hazırlıq görülməsi;
  • Kompüter mühəndisliyi proqramı dərslərində tələb laboratoriya assistentliyi etmək və laboratoriya dərslərini fənn müəllimi ilə koordinasiya edərək idarə etmək;
  • Tədris ilinin əvvəlində kompüter laboratoriyasını tədris planına və dərslərin tələblərinə uyğun hazır vəziyyətə gətirmək, yeniləmək, zəruri proqram təminatını yükləmək, il ərzində yaranacaq problemlərə müdaxilə etmək və texniki dəstək göstərmək;
  • Kompüterlərin həm avadanlıq, həm də proqram təminatının quraşdırılmasını həyata keçirmək və konfiqurasiyasına nəzarət etmək;
  • Kompüter laboratoriyalarında tələbələrin fəaliyyətlərini və qayda pozuntularını izləmək, hesabat vermək və təhlil etmək;
  • Windows və Unix Əməliyyat Sistemlərinin dövri təhlükəsizlik yoxlamalarını aparmaq, izləmək və hesabat vermək;
  • Mövcud informasiya sistemləri serverlərinin və şəbəkə trafik qeydlərinin izlənilməsi və təhlilini aparmaq, hesabat hazırlamaq;
  • Kompüter laboratoriya tətbiqləri ilə bağlı Orta Doğu Texniki Universiteti Kompüter mühəndisliyi fakültəsi ilə əməkdaşlıq edərək koordinasiyalı işləmək;
  • Məlumat saxlanma cihazlarının idarə olunması, gündəlik yoxlamalar və replikasiya işlərini müvafiq heyətlə birlikdə həyata keçirmək, izləmək və hesabat vermək;
  • Şəbəkə cihazları və yönləndiricilərin dövri təhlükəsizlik yoxlamalarını aparmaq, izləmək və hesabat vermək;
  • Virtualizasiya infrastrukturunun dövri təhlükəsizlik yoxlamalarını aparmaq, izləmək və hesabat vermək;
  • Laboratoriyalar, informasiya sistemləri və şəbəkə təhlükəsizliyi ilə bağlı zəruri yazışmaları hazırlamaq və müvafiq bölmələrə dəstək olmaq;
  • Proqram koordinatorunun verdiyi əlavə vəzifələri yerinə yetirmək. 

Xüsusi tələblər

  • Ali təhsil: Magistratura və ya doktorantura (Kompüter mühəndisliyi, elektrik-elektronika mühəndisliyi, proqram mühəndisliyi və ya müvafiq sahə üzrə);
  • Dil biliyi: Azərbaycan, türk (şifahi və yazılı ünsiyyət), ingilis dili;
  • İş təcrübəsi: Qeyd olunan sahələrin birində 1 (bir) - 2 (iki) il peşəkar iş təcrübəsi;
  • İnformasiya sistemləri və şəbəkə təhlükəsizliyi sahəsində yüksək səviyyədə bilik və təcrübə;
  • Windows və Linux əməliyyat sistemlərinin idarə edilməsi sahəsində təcrübə və sistem optimallaşdırılması sahəsində təcrübə;
  • Şəbəkə texnologiyaları, TCP/IP protokolları, yönləndirmə (routing) və şəbəkə səviyyələri haqqında dərin biliklərə malik olmaq;
  • Texniki sənədləri effektiv şəkildə oxuyub başa düşmək və texniki mövzularda güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Mövcud informasiya sistem texnologiyalarını izləyən, araşdırma və inkişaf etməyə açıq, yenilikçi və proaktiv yanaşma nümayiş etdirmək;
  • VMware və digər virtualizasiya platformaları ilə bağlı təcrübəyə sahib olmaq üstünlükdür;
  • Təşəbbüskarlıq, analitik düşünmə və effektiv problem həlletmə bacarıqlarına malik olmaq;
  • Tələbələrlə və inzibati bölmələrlə münasibətlərdə yüksək səviyyədə ünsiyyət bacarıqlarına malik olmaq;
  • Gərgin və dinamik iş mühitinə uyğunlaşa bilən, komanda işinə meyilli və əməkdaşlıq yönümlü olmaq.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 30.05.2025

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Yevlax

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • 350 - 800 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız