• klinikada vakant vəzifələr üzrə tələblərə uyğun elanların hazırlanması və müxtəlif resurslarda yerləşdirilməsi;
• daxil olmuş CV-lərin ilkin baxışdan keçirilməsi, müsahibələrin təşkili və uyğun namizədlərin seçilməsi;
• insan resurslarının idarə edilməsi ilə bağlı daxili prosedurların icrası;
• əmək münasibətlərinin qanunvericiliyə uyğun olaraq idarə edilməsi;
• işçi məlumatlarının düzgün və məxfi şəkildə bazasının yaradılması;
• əməkdaşların fəaliyyətinin qiymətləndirilməsinin təşkili və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
• əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi və bu istiqamətdə müxtəlif proqramların həyata keçirilməsi;
• işçilərin şəxsi işləri, eləcə də onlara məzuniyyətlərin verilməsi uçotunun aparılması, məzuniyyətdən vaxtında, tərtib olunmuş qrafik üzrə istifadəyə nəzarət edilməsi;
• şəxsi işlərin arxivləşdirilməsi, vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsinintəşkili;
• insan resurslarının fəaliyyəti ilə bağlı hesabatların təqdim olunması;
• digər əlaqəli tapşırıqlarının icra edilməsi.
• insan resursları, biznesin idarə olunması, hüquq və ya digər əlaqəli sahə üzrə ali təhsil;
• tibb müəssisəsində insan resursları sahəsində minimum 3 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;
• Azərbaycan və ingilis dillərində yüksək səviyyədə ünsiyyət bacarıqları;
• “Elektron hökumət” portalı, “Əmək və məşğulluq” altsistemindən (ƏMAS) sərbəst istifadə bacarığı;
• komanda ilə işləmə, təşəbbüskarlıq, təşkilati bacarıqlar;
• insan resurslarının idarə edilməsi üzrə beynəlxalq sertifikatların (CIPD, SHRM və digər) olması üstünlükdür.
Tələb olunan sənədlər:
• tərcümeyi-hal;
• CV;
• ali təhsili təsdiq edən sənəd və ya sənədlərin surəti.
Müraciət üçün son tarix:10 may 2025-cü il
Müraciət üçün qeyd edilən tarixədək lazımi sənədləri [email protected] elektron poçt ünvanına başlıqda “İnsan resursları üzrə mütəxəssis” yazmaqla göndərməyiniz xahiş olunur.
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun