Risklərin idarəedilməsi departamentinin təhlilçisi

Bakı

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Alternativ investisiyalar üzrə strategiyanın formalaşdırılmasında və risk limitlərinin təyin edilməsində iştirak;
  • Alternativ investisiyalar üzrə dəyərləndirmə prosesində İnvestisiya departamenti ilə yanaşı iştirak;
  • Alternativ investisiyalar üzrə birbaşa, müştərək və yaxud fondlar vasitəsilə edilən investisiyalara dair aktivlər səviyyəsində məlumatların toplanması və təhlil edilməsi;
  • Növbəti illər üzrə vəsaitlərin axınının dinamikasının proqnozlaşdırılması;
  • Alternativ investisiyalar üzrə bençmark yanaşmalarının öyrənilməsi və müvafiq təkliflərin hazırlanması;
  • Alternativ investisiyalar altportfelləri üzrə risklərin idarəedilməsinə dair digər tapşırıqların yerinə yetirilməsi.

Xüsusi tələblər

  • Müvafiq sahədə bakalavr dərəcəsi (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, statistika, riyaziyyat və s.).
  • Alternativ investisiyalara dair fundamental biliklər;
  • Excel və digər maliyyə modelləşdirmə alətlərində işləmə bacarığı;
  • Çoxşaxəli məlumatları təhlil edərək yekun nəticəni formalaşdırmaq bacarığı;
  • Sürətli və dinamik iş mühitində effektiv işləməyi təmin edən güclü ünsiyyət və komanda işi bacarıqları;
  • Azərbaycan və ingilis dillərində yüksək səviyyədə bilik;
  • CFA, FRM və yaxud CAIA sertifikatına sahib olmaq üstünlükdür.
  • Power BI, Python, R və ya VBA ilə təcrübə arzuolunandır.
  • Uğurlu namizəd güclü analitik və riyazi bacarıqlara malik olmalıdır. Problemləri proaktiv şəkildə həll edə bilmək, daxili və xarici tərəfdaşlarla effektiv ünsiyyət qurmağı bacarmaq, davamlı öyrənmək, detallara diqqət yetirmək və bir neçə tapşırığı eyni vaxtda səmərəli idarə etmək bu rolda uğur qazanmaq üçün vacib amillərdəndir.

Güclü komandada çalışaraq müvafiq sahə üzrə karyeranızı inkişaf etdirmək istəyirsinizsə, aşağıdakı link üzrə keçid edərək işə qəbul sistemimiz vasitəsilə müraciət edin. Müraciətlər elan müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcəkdir. Tərəfimizdən yalnız uyğun namizədlər ilə əlaqə saxlanılacaqdır.
Müraciətlər10 may 2025-ci il tarixinədək qəbul edilir.

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız