Mexanik mühəndisi

Bakı

BRPG

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Layihənin tərtib edilməsi üçün zəruri göstəricilərin və tələblərin müəyyən edilməsi, layihə sənədlərin təhlil edilməsi (qazanxana, havalandırma, su-kanalizasiya) ;
  • Mexanika işlərin iş həcmlərin tərtib edilməsi;
  • İşlərin görülməsinə dair planın hazırlanması və icrasına nəzarət edilməsi;
  • Mexanika işlərin aparılmasına dair mal materialların seçilməsi, müqayisə edilməsi və təchiz edilməsində, tələbnamələrin hazırlanması;
  • Yoxlamaların aparılmas, nasazlıqların aradan qaldırılmasına dair tədbirlərin görülməsi;
  • Rəhbər heyyət üçün hesabatların hazırlanması; 
  • Yerinə yetirilən işlərin təhvil təslim aktların hazırlanması və təhvil təslim edilməsi;
  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti qaydalarına, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
  • İş rejimi: 5-günlük və layihənin tələb etdiyi qrafik üzrə;
  • Sınaq müddəti: 3 ay;
  • Əmək haqqı: (Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən olunacaq), + ezamiyyə + bonus.

Xüsusi tələblər

  • Mexaniki mühəndisi üzrə ali təhsil,
  • Mexaniki mühəndisi üzrə ən azı 3 il təcrübə;
  • Mexaniki cizgilərin oxumaq və təhlil etmək bacarığı;
  • Ms Office (Outlook, Word, Excel), Autocad proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Məsuliyyətli, dəqiq və peşakar;
  • Dil bilikləri: Azərbaycan dili
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli;
  • İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli. 
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Masallı

  • 800 - 1000 AZN

Premium
  • Astara

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • 2000 - 2600 AZN

Telegram kanalımız