Texniki Şöbə Mühəndisi

Bakı

Crystal Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanmasını aparmaq və cədvəllərini tərtib etmək;  
  • Tikinti hesabatlarını (Forma 2, Forma 3) tərtib etmək;
  • Tikinti sahəsi üzrə texniki sənədləşmənin əldə edilməsində iştirak etmək, obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanmasında və layihələndirmə üzrə tapşırıqların tərtib edilməsində iştirak etmək;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət etmək;
  • Layihə üzrə görülən işlərin iş planını hazırlamaq, layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatlar tərtib etmək;
  • Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədləri təqdim etmək;
  • İş həcmlərinə nəzarət etmək, layihədə dəyişikliklər baş verərsə iş həcmləri cədvəllərində müvafiq düzəlişlər tərtib etmək;
  • Layihədəki dəyişiklikləri izləmək, müvafiq sənədləşməni aparmaq və sifarişçiyə məlumat vermək;
  • Tikinti prosesində dəyişikliklər və keyfiyyət yoxlamaları ilə bağlı sənədlərin düzgün aparılmasını təmin etmək.

Xüsusi tələblər

  • Ali təhsil (İnşaat üzrə);
  • Microsoft Office proqramlarını (Excel, Word, Outlook) və AutoCad-i mükəmməl səviyyədə bilmək;
  • Tikinti sahəsində minimum 5 il iş təcrübəsi;
  • İşçi layihələrin bütün bölmələrini oxuma bacarığı;
  • Tikinti sənədləşməsini (aktlar, jurnallar və s.) bacarmaq;
  • Maliyyə təhlili və tikinti bazarı üzrə aktual məlumatlara sahib olmaq;
  • Detallı və dəqiq hesablama bacarığı;
  • Ezamiyyətə açıq olmaq.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Astara

  • 800 - 1000 AZN

Premium
  • Masallı

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 450 AZN dən

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız