Aşağı, orta və yüksək tutumlu nöqtədən nöqtəyə radio rele avadanlıqlarının planlaşdırılması və optimallaşdırılması;
Yeni planlaşdırılan Radio Rele avadanlıqları üçün detallı tərtibatın hazırlanması;
2G, 3G və LTE sahələrinin yenilənməsi, tutumunun artırılması və istiqamətinin dəyişdirilməsi üçün iş sifarişlərinin yaradılması;
2G, 3G və LTE iş sifarişlərinin Transmissiya hissələrinə lazımi Transmissiya məlumatlarının əlavə olunması;
Bütün Rollout iş sifarişlərinin Transmissiya məlumatları ilə yenilənməsi;
Sahəyə baxış keçirilməsi zamanı Transmissiya görüntü xəttinin və tələb olunan tutum mümkünlüyünün müəyyən edilməsi;
Yeni sahələrin Texniki Araşdırma sənədlərinə Transmissiya məlumatlarının vaxtında əlavə olunması;
Transmissiya görüntü xəttinin məhdudlaşdığı sahələrdə yeni görüntü xəttinin müəyyənləşdirilməsi üçün sahədə texniki baxışın keçirilməsi;
Transmissiya planlaşdırılması üzrə məlumatlar bazasının gündəlik və həftəlik qaydada yenilənməsi;
Transmissiya ardıcıl qoşuntularının və Radio Rele avadanlıqlarının qoşulma planının yenilənməsi;
Transmissiya Planlaması proqramında yeni və istiqaməti dəyişdirilməsi tələb edilən Radio Rele Xətləri haqqında məlumatların yenilənməsi;
Tələb edilən dəyişiklikləri icra etmək və iş qrafikinə riayət etmək şərtilə mövcud şəbəkə tərtibatının optimallaşdırılması;
Mövcud şəbəkənin layihələndiriılməsində dəyişikliklərin minimuma endirilməsi;
Radio Rele avadanlıqları vasitəsilə təmin edilən bağlantıların şəbəkənin idarəedilməsi sisteminə inteqrasiyası;
Yeni sahələrin Texniki Araşdırmasına aid və Transmissiya görüntü xəttinin məhdudlaşdığı sahələrdə yeni görüntü xəttinin müəyyənləşdirilməsinə aid məlumatların müvafiq məlumatlar bazasına vaxtında əlavə edilməsi;
Yeni planlaşdırılmış şəbəkə elementlərinin IP aralıqlarının planlaşdırması;
Naqilsiz Transmissiya şəbəkəsinin həftəlik təhlili və yüklənmiş radio rele avadanlıqları üçün alternativ həll yollarının təmin edilməsi;
3-cü tərəflərə xidmətlərin ayrılmasının araşdırılması, mövcud şəbəkəyə uyğun planlaşdırılması və hesabatın təqdim olunması.
Xüsusi tələblər
Elektrik / Telekommunikasiya Mühəndisliyi və ya hər hansı digər müvafiq ixtisas üzrə ən azı bakalavr səviyyəsi;
Mobil şəbəkə və texnologiyaları haqqinda ümumi biliklər;
Naqilsiz Transmissiya şəbəkəsinin idarə edilməsi, şəbəkə elementlerinin quraşdırılması, müvafiq avadanliqların iş prisnsipleri və planlaşdırılması haqqında dərin biliklər;
3 il iş təcrübəsi
Azərbaycan və ingilis dili (rus dili arzuolunandır) , Bütün MS ofis proqramları sahəsində mükəmməl biliklər;
Transmissiya Planlaşdırması Alətləri (Path Loss, Aircom Connect, Atoll) haqqında ümumi bilik səviyyəsi;
Sürücülük vəsiqəsinin olması;
Hündürlükdə işləmək bacarığı;
Təyyarə, gəmi, helikopter və dəniz ərazilərinə səyahət fobiyası olmamalıdır.