Azerconnect İT sistemlərini (Windows, Unix, Sun Solaris, Linux) idarə etmək;
İT əməliyyatları strategiyasını dəstəkləmək;
İT əməliyyatı məhsullarını, xidmətlərini və proseslərini optimallaşdırmaq;
Müntəzəm biznes əməliyyatlarının icrasında həmkarlarına və komanda üzvlərinə fəal şəkildə yardım etmək;
Qabaqlayıcı tədbirlər görməklə nöqsanları təxmin etmək və aradan qaldırmaq;
Azerconnect İT sistemlərini 1 və 2-ci səviyyəli yardımla təmin etmək;
Xidmət səviyyəsi barədə müqavilələrə və müştərilərin gözləntilərinə əsasən vacib missiya mühitlərinin yüksək keyfiyyətlə idarə olunan yardım xidmətləri ilə təmin edilməsinin idarə olunmasına görə məsuliyyət daşımaq;
Müştərilərin ümumi qiymətləndirilməsi, quraşdırma, monitorinq, sənədləşdirmə, artım prosedurlarına və müştəri məmnuniyyətinə görə məsuliyyət daşımaq;
Proses və siyasətlərin formalaşdırılmasını, komandaların onlara əməl etməsini təmin etmək: ITIL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), Hadisələrin idarə edilməsi, Problemlərin idarə edilməsi, Xidmət panelinin idarə edilməsi, Dəyişikliklərin idarə edilməsi, Əməliyyatlara nəzarət və fəaliyyət barədə hesabat;
Standart fəaliyyət prosedurlarına əsasən kənar satıcı və provayderlər arasındakı münasibətləri, müqavilələri və xidmətləri idarə etmək;
2-ci dərəcəli nəzarətli yardım xidmətlərini müvəffəqiyyətlə həyata keçirmək və 3-cü dərəcəli yardım xidmətini böyük mühəndislər komandası ilə əlaqələndirmək;
Müştərilərin hesabat prosesini idarə etmək və istifadə etmək;
Fəaliyyətin səmərəliliyini və layihələri müzakirə etmək üçün HOSU Sistemləri Administrasiyası ilə müntəzəm rəsmi görüşlərdə iştirak etmək;
Hadisələr və ya nöqsanlar barədə HOSU Sistemləri Administrasiyasına və/və ya HOU Müəssisə Xidmətləri Əməliyyatlarına müraciət etmək;
Əvvəlcədən tədbirlər görməklə Azerconnect İT sistemlərinin fəaliyyət statusunu dəstəkləmək və gücləndirmək;
İstehsal və mühəndislik komandalarında fəal şəkildə iştirak etmək və onlarla əməkdaşlıq etmək;
Sistemlərin administrasiyasının əsas sahələri aşağıdakılardır, ancaq onlarla məhdudlaşmır: - İT sistemlərinin (Windows, Unix, Sun Solaris, Linux) administrasiyası - MS Exchange administrasiyası - MS Windows domen administrasiyası - MS Sharepoint - SFA Tier-1 - DNS (adların domen sistemi) (özəl və dövlət) - IPA - DHCP (Mərkəzi Kompüterin Dinamik Konfiqurasiyası Protokolu) - Biznes server üçün MS Lync yaxud Skype - Active Directory, domen federasiyası, ADFS (Active Directory domen federasiyası) - İnternet İnformasiya Serverləri / Nginx / Apache və veb tətbiqetmələri üzrə yardım - Linux/Unix sistemlərinin administrasiyaları və problemlərin aşkar edilərək aradan qaldırılması - Ən yaxşı təcrübələr və göstərişlər əsasında Müəssisə xidmətləri infrastrukturunun optimallaşdırılması
AZRC İT siyasətlərinə tam əməl etmək;
İT Təhlükəsizlik siyasətləri və göstərişlərinə əməl etmək;
Azerconnectin dəyişikliklərin idarə edilməsi göstərişlərinə tam əməl etmək;
Azerconnectin bütün inzibati tələblərinə tam əməl etmək;
Müdiriyyət tərəfindən tapşırılan vəzifə ilə əlaqədar tapşırıqları yerinə yetirmək;
Daxili tənzimləmə və prosedurları nəzərə almaq və onlara əməl etmək.
Xüsusi tələblər
Texniki Bakalavr dərəcəsi/Ali təhsil
Microsoft ( MCP, MCSA) , Red Hat Certified ( RHCSA , RHCE) sertifikatlarına sahib olmaq tövsiyə olunur;
IT sahəsində min. 3 il iş təcrübəsi;
Mürəkkəb mühitlərdə idarəetmə üzrə ən az 3 il təcrübəyə malik olmaq;
Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübəyə malik olmaq;
Problemlərin aşkar edilərək aradan qaldırılması metodologiyaları üzrə təcrübəyə malik olmaq;
Mövcud və ortaya çıxan İT texnologiyaları barədə müvafiq anlayışa malik olmaq;
İT texnologiyalarının müəssisə və biznes sektorlarına necə kömək etməsi barədə müvafiq anlayışa malik olmaq;
Windows və Unix əsaslı sistemlərin problemlərinin aşkar edilərək aradan qaldırılmasını və bu sistemlərin bərpa edilməsini bacarmaq;
MS Active Directory, MS Exchange 2010/2013/2016,Windows 2008/2012/2016/2019 üzrə təcrübəyə malik olmaq;
Windows Server 2012/2016/2019 or Linux əməliyyat sistemləri (RHEL, Oracle Linux, Suse), Solaris, BSD sistemləri üzrə təcrübəyə malik olmaq'
Qoruyucu divarlar (firewalls), ruterlər, şəbəkə açarları, DNS, DHCP, VPN (virtual özəl şəbəkə), FTP (Faylların ötürülmə protokolu), internet protokolları və xidmətləri, verilənlərin kommunikasiyası məhsulları barədə biliyə malik olmaq;
Verilənlərin saxlanması şəbəkələri (Storage Area networks) və protokolları (FCP, FCIP, FCoE), çox yollu texnologiyalar (MPIO), disklər, həcmlər, fayl sistemlərinin birləşdirilməsi nöqtələrini aydın şəkildə başa düşmək;
İT avadanlıqları konseptləri: - RAID (Ucuz Disklərin Çox sayda Sıralanması) - SAN (Verilənlərin saxlanması şəbəkələri) - x86 arxitekturası - SCSI (Kiçik kompüter sistemləri interfeysi) - iSCSI (İnternet əsaslı kiçik kompüter sistemləri interfeysi) - FCP (Fibra kanal protokolu) - FCIP (İP üzrə fibra kanal)
Avadanlıqları mühafizə etmək bacarığına malik olmaq;
OSI model (açıq sistemlərin etalon modeli) barədə anlayışa malik olmaq;
Verilənlər mərkəzi mühiti barədə biliyə malik olmaq