Sığortanın tətbiqi zamanı bütün mərhələlərdə risklərin müəyyənləşdirilməsi, təhlili və nəzarət mexanizmlərinin tətbiqi;
Risklərin qiymətləndirilməsi və resursların proqnozlaşdırılmasına dair hesablama modellərinin hazırlanması, hesablama və proqnozlaşdırılmaların aparılması;
Risklərin idarəolunması (minimallaşdırılması və qarşısının alınması) ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərə nəzarət;
Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
Biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
Mövcud risklər üzrə risk matrix və xəritələrinin hazırlanması, davamlı nəzarət prosesinin həyata keçirilməsi;
Risk reyestrinin hazırlanması, qiymətləndirilməsi və cavab tədbirlərinin müəyyənləşdirilməsi;
Xidmətlər zərfinin ölkənin sosial-iqtisadi, demoqrafik göstəriciləri və maliyyə resursları nəzərə alınaraq tarif və xidmət istiqamətli yenilənməsi təkliflərinin verilməsi;
Yarımillik risk hesabatlarının hazırlanması.
İş şəraiti:
İş qrafiki:Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
İş saatı:Mövcud iş saatlarından birinin seçimi ilə;
İş yeri:Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Xüsusi tələblər
Təhsil:Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin təşkili, səhiyyə və idarəetmə sahələri üzrə);
Təcrübə:Risklərin idarə edilməsi üzrə ən azı 3 illik iş təcrübəsi;
Texniki biliklər:Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
Şəxsi bacarıqlar:Təşəbbüskarlıq, komandada işləmə, vaxtın idarə edilməsi, operativlik, ünsiyyət qurma, induktiv və analitik təhlil, konfliktlərin idarə edilməsi və problemlərin həlli bacarıqları;
Dil bilikləri:Xarici dil biliyi (xüsusilə ingilis dili)