Verilənlər bazasının saxlanması və bərpası proseslərinin idarə edilməsi;
Müntəzəm biznes əməliyyatlarının icrasında həmkarlarına və komanda üzvlərinə fəal şəkildə yardım etmək;
Hadisələr və nöqsanları İT Verilənlər bazasının idarə edilməsi üzrə yarımbölmə rəhbəri / və ya Korporativ İT Xidmətləri Əməliyyatları üzrə bölmə rəhbərinə eskalasiya etmək;
Verilənlər Bazasının İdarə olunamsı ilə bağlı İT bölməsinə texniki sahədə məsləhət və dəstək vermək;
İstehsal və mühəndislik komandalarında fəal şəkildə iştirak etmək və onlarla əməkdaşlıq etmək;
Hadisələr və düzəldici tədbirlər planları barədə əsas iştirakçılara rəsmi məlumat vermək;
Müdriyyət tərəfindən tapşırılan vəzifəsinə aid digər öhdəlikləri yerinə yetirmək;
İT verilənlər bazasının idarə edilməsi üzrə yarımbölmə rəhbərinin nəzarəti ilə müvafiq müraciət əsasında digər əməkdaşlarla məlumatları bölüşmək;
İT verilənlər bazalarında çıxan hər hansı problem barədə dərhal (problemin həllinə başlamazdan əvvəl) yarımbölmə rəhbərini məlumatlandırmaq;
Azerconnect şirkətinin verilənlər bazalarının inkişaf etdirilməsi və onlara dəstək göstərilməsini təmin etmək;
Azerconnect şirkətinin verilənlər bazasındakı əməliyyatları təkmilləşdirmək;
Verilənlər bazasını optimallaşdırmaq və miqrasiya etmək üçün dəstək vermək;
RDBMS və müvafiq məhsulları yükləmək, konfiqurasiya etmək və yeniləmək və məhsulların xüsusiyyətlərini qiymətləndirmək;
Verilənlər bazasının təhlükəsizliyini həyata keçirmək və təmin etmək (istifadəçi və rollar yaratmaq və saxlamaq, imtiyazları təyin etmək);
Artım və dəyişiklikləri planlaşdırmaq (personalın sayının planlaşdırılması);
Verilənlər bazaları üzrə verilənlər həcminin planlamasını həyata keçirmək;
Düzəlişlərin idarə edilməsi və versiyalara nəzarəti yerinə yetirmək;
Görünüşlər, indekslər və digər verilənlər bazası obyektləri yaratmaqla verilənlər bazalarını optimallaşdırıb ən məhsuldar işini təmin etmək;
Qüsursuz verilənlər bazası arxitekturasını yaratmaq və saxlamaq;
Sənədləşdirmə və standartları təşkil etmək və saxlamaq;
Bazada həyata keçirilən əlavə və dəyişikliklərin sənədləşməsini təmin etmək;
İT Verilənlər bazasının idarə edilməsi üzrə yarımbölmə rəhbəri tərəfindən tələb olunan sənədləşmələri həyata keçirmək;
Azerconnect şirkətinin İT Dəyişikliklərin İdarə Olunması üzrə Təlimatına tam olaraq riayət etmək;
İş yükünü düzgün idarə etmək və iş mühitində bir-birinə zidd olan prioritetləri düzgün ardıcıllıqla yerinə yetirə bilmək.
Xüsusi tələblər
Texniki və ya informasiya texnologiyaları sahəsində universitet təhsili mütləqdir;
Verilənlər bazası haqqında geniş məlumata və praktiki təcrübəyə malik olmaq mütləqdir;
IT sahəsində ən azı 4 il iş təcrübəsi;
Mürəkkəb mühitlərdə idarəetmə üzrə ən azı 4 il təcrübə;
Dəyişikliklərin və buraxılışların idarə edilməsi və ITIL çərçivələri üzrə təcrübə;
Verilənlər bazası üzrə Sertifikatlaşdırılmış Administrator və ya Peşəkar olmaq;
Microsoft, Solaris və Linux platformalarında verilənlər bazası quraşdırmaları üzrə praktiki təcrübə;
Linux üzrə orta (aralıq) bacarıqlar (o cümlədən bash scripting);
TCP/IP, OSI Modeli kimi ümumi şəbəkə protokolları haqqında bilik;
Oracle Grid Control və/və ya digər monitroinq vasitələri ilə təcrübə;
Yaddaş sisteminin arxitekturası və klaster həlləri haqqında bilik;
WAN/LAN texnologiyaları, server virtualizasiyası, yaddaşda saxlanma, təhlükəsizlik texnologiyaları və verilənlər bazaları sahəsində təcrübə;
Nasazlıqların aradan qaldırılması üzrə təcrübə;
Mövcud və yaranmaqda olan İT texnologiyaları haqqında dərin bilik;
İT texnologiyasının Korporativ və Biznes Seqmentlərini necə dəstəkləməsi sahəsində biliyə malik olmaq;
Windows və Unix-əsaslı sistemlərdə nasazlıqları aşkarlama, aradan qaldırma və bərpa etmək;
Windows 2003, Windows 2008, Windows NT, Linux (RHEL, Oracle Linux, Suse), Solaris və BSD sistemlərində təcrübə;
Şəbəkə təhlükəsizliyi sistemi (firewall), marşrutizatorlar, kommutasiya qurğuları, DNS, DHCP, VPN, FTP, internet protokolları və xidmətləri və məlumatötürmə məhsulları barədə biliyə malik olmaq;
Məlumat Saxlama şəbəkələri və protokolları (FCP, FCIP, FCoE), çoxkanallı texnologiyalar (MPIO), disklər, həcmlər və birləşmə nöqtələri barədə biliyə malik olmaq;
İT avadanlığı konsepsiyaları (RAID, SAN, x86 arxitekturası, SCSI, iSCSI)
OSI modeli haqqında bilik;
Məlumatların işlənmə mərkəzlərinin mühiti haqqında bilik.