Yükgötürmə qabiliyyəti 15 tondan çox olan bütün növ yük avtomobillərini
idarə etmək;
Müxtəlif növ yükləri yükləmək, boşaltmaq, yerdəyişmə və nəql etdirilməsi
üzrə işləri yerinə yetirmək;
Trosların bərkidilməsinin düzgünlüyünü yoxlamaq, tormozları və qoruyucu
qurğuları tənzimləmək;
Müxtəlif növ işlərin yerinə yetirilməsində müxtəlif yüktutan vasitələrlə
təchiz edilmiş avtomobil kranlarını, tırtıllı, pnevmatik təkərli kranları idarə
etmək;
İş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsi tələb edilməyən
nasazlıqları aradan qaldırmaq;
Avtomobili (kranın) idarə etmək, yanacaqla, sürtgü materialları və
soyuducu mayelərlə doldurmaq;
Avtomobilin (kranın) texniki vəziyyətini yoxlamaq və xəttə çıxmazdan
qabaq qəbulu, qaraja qayıtdıqdan sonra avtomobili təhvil vermək və ona
ayrılmış yerə qoymaq;
Xidmət olunan kranın təmirində iştirak etmək;
Verilən tapşırığı yerinə yetirmək, yol sənədlərini rəsmiləşdirmək;
Hərəkətin təhlükəsizliyi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
İş yerini təmiz və saz vəziyyətdə saxlamaq, maddi qiymətlilərin və
sənədlərin müəyyən olunmuş qaydada qorunub saxlanmasını təmin etmək.