Əmək haqqı ödəniş dövrünə uyğun olaraq müvafiq məlumatların 1C proqramına vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin edilməsi;
Şirkət əməkdaşlarının aylıq əmək haqlarının düzgün hesablanmasının və vaxtlı-vaxtında ödənilməsinin təmin edilməsi;
Son haqq-hesab, bütün növ məzuniyyətlər, xəstəlik vərəqələri, mükafatlar və digər ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi;
Ezamiyyə haqlarının hesablanması və ödənişlərinin vaxtında həyata keçirilməsi;
Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin DSMF elektron portalında düzgün şəkildə rəsmləşdirilməsi;
Əmək haqqına dair daxil olan sorğu və sualların operativ şəkildə cavablandırılması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi;
İş yeri: Bakı şəhəri;
İş vaxtı: 1 - 5 ci günlər 09:00 dan - 18:00- a dək.
Xüsusi tələblər
Ali Təhsil;
Azərbaycan Respublikası Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə, o cümlədən sosial sığorta, vergi və əməkhaqqı sistemləri ilə bağlı müvafiq biliklərə malik olmaq;.
Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
MS Excel üzrə biliklər;
1 C proqramında sərbəst işləmək bacarığı;
Riyazi hesablamalar aparma və analitik təhlil etmə qabiliyyətləri;