Müəssisə: Baki Gida və Yağ Fabriki
Yaradıcı agentliklərlə əməkdaşlıq edərək, marka ünsiyyət strategiyasına uyğun brieflərin hazırlanması və prosesin koordinasiyası;
Reklam materiallarının dizaynı üçün agentliklərin məlumatlandırılması, daxili proqram vasitəsilə sifarişin kodlaşdırılması və marketlərdə düzgün şəkildə yerləşdirilməsinin təmin edilməsi;
Agentliklər tərəfindən görülmüş işlərə dair ödəniş sənədlərinin qəbul olunması, ödəniş tələbinin sistemə daxil edilməsi və icrasının təqib olunması;
Yeni məhsullar üçün daxili sistemdə etiket və məhsul tələblərinin açılması, məhsul ideyasından bazara təqdimatına qədər olan proseslərin idarə olunması və əlaqədar şöbələrlə koordinasiya;
Məhsulun vaxtında və düzgün şəkildə bazara çıxarılmasının təmin edilməsi;
Məhsulların qiymət və qiymət artım məlumatlarının daxili sistem üzərindən yayımlanması;
TV, rəqəmsal və digər reklam platformalarında yerləşdirilmiş reklamların effektivliyinin izlənməsi və inkişafı üçün təkliflərin verilməsi;
Məsul olduğu kateqoriya üzrə məhsul portfelinin idarə olunması, satışların izlənməsi və optimizasiya üzrə tövsiyələrin hazırlanması;
Məsul olduğu layihələrin yekun təqdimatlarının hazırlanaraq rəhbərliyə təqdim olunması;
Müvafiq kateqoriyaların formalaşdırılmasında və brend inkişafında aktiv iştirak.
Marketinq, biznesin idarə olunması və ya əlaqədar sahə üzrə ali təhsil;
Brend və ya məhsul menecmenti sahəsində minimum 3-5 il iş təcrübəsi;
Yaradıcı agentliklərlə əməkdaşlıq təcrübəsi və brief hazırlama bacarığı;
Layihə idarəetməsi, analitik düşüncə və təşkilati bacarıqlar;
Komanda ilə işləmək və müxtəlif funksional qruplarla koordinasiya qurmaq bacarığı;
MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) yaxşı bilik;
Yüksək təqdimat və yazılı/sözlü ünsiyyət bacarığı;
FMCG sahəsində təcrübə üstünlükdür;
Azərbaycan dili – əla, İngilis dili – yaxşı (Rus dili bilikləri əlavə üstünlükdür).
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun
Bakı
Razılaşma yolu ilə
Bakı
Razılaşma yolu ilə