Risk və daxili nəzarət üzrə menecer

Bakı

TABIA Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Biznes Proseslərin siyahısını formalaşdırmaq üçün əlaqədar departamentlərlə əməkdaşlıq etmək, biznes prosesləri nəzərdən keçirmək və proseslərlə bağlı müvafiq dəyişikliklərin icrasında iştirak etmək.
  • İldə ən azı bir dəfə risklərin müəyyən edilməsi prosesini həyata keçirmək və periodik olaraq şirkətlə bağlı riskləri nəzərdən keçirmək. 
  • Hotelçilik əməliyyatları üzrə risk qiymətləndirmələri aparmaq və potensial riskləri təhlil etmək.
  • Hotelçilik və beynəlxalq təcrübəyə əsasən risklərin idarə edilməsi strategiyasını, planlarınını, qayda və prosedurlarını hazırlamaq, həyata keçirmək və ehtiyac duyulduqda yeniləmək.
  • Riskləri müəyyən etmək və azaltmaq üçün digər şöbələr və maraqlı tərəflərlə əməkdaşlıq etmək .
  • İnsan Resursları, hüquq, kommersiya və maliyyə əməliyyatları daxil olmaqla, təşkilatın müxtəlif funksiyaları üzrə hərtərəfli risklərin qiymətləndirilməsi prosesini aparmaq və koordinasiya etmək.
  • Risklərin idarə edilməsi strategiyalarının effektivliyinin monitorinqini və qiymətləndirilməsini həyata keçirmək.
  • Riskləri müəyyən etmək və risklərin azaldılması tədbirlərini həyata keçirmək üçün qayda və prosedurları, siyasətləri, müqavilələri və s. digər rəsmi sənədləri nəzərdən keçirmək və qiymətləndirmək.
  • Hotelçilik sektoruna təsir edən müvafiq qanunlar, qaydalar və standartlardan xəbərdar olmaq.
  • Rəhbərlik və İdarə Heyətinin Risk Komitəsi üçün əsas riskləri və tövsiyə olunan tədbirləri vurğulayan müntəzəm risklərin idarə edilməsi hesabatlarını və təqdimatları hazırlamaq.
  • “Enterprise Risk Management (ERM) policy”, “Risk Assessment process”, “Risk impact Scale”, “Risk Appetite Statement”, “Risk Control Matrix” kimi sənədləri və prosesləri tərtib və tətbiq etmək.
  • Stress testi, ssenari təhlili və risk modelləşdirmə də daxil olmaqla maliyyə, kommersiya, texniki və hüquqi risklərin idarə edilməsi çərçivəsini nəzərdən keçirmək.
  • Risklərin ilkin siyahısını və risk kataloqunu hazırlamaq, daxili və xarici audit hesabatlarını və nəticələrini təhlil etmək.
  • Risk kateqoriyalarını, risk dərəcələrini, ilkin və yeni riskləri qeyd etməklə mövcud risk reyestrini yeniləmək və ya yeni risk reyestrini hazırlamaq, riskləri müvafiq strateji məqsədlərə, biznes proseslərinə, risk sahiblərinə uyğunlaşdırmaq.
  • Risklərin azaldılması strategiyalarına, əməliyyat nəzarətinə, biznesin davamlılığına və fövqəladə hallardan sonra bərpa planlarına nəzarət etmək.
  • Şirkət daxilində həyata keçirilən layihələrin idarə edilməsi prosesində iştirak etmək, layihələr ilə bağlı riskləri müəyyən etmək və mövcud risklərin aradan qaldırılması istiqamətində tədbirlər planı hazırlayaraq rəhbərliyə təqdim etmək.
  • Şirkətin və ona tabe olan müəssisələrdə davamlı nəzarət prosesinin həyata keçirilməsini təmin etmək;
  • Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, rəhbərliyə təkliflər vermək;
  • Vaxtında və səmərəli fəaliyyət planlarını təqdim etmək və kontrol çatışmazlıqlarının effektiv şəkildə aradan qaldırılması üçün şirkətdə və ona tabe olan müəssisələrdə monitorinq prosesini təşkil etmək;
  • Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək;
  • Ünvan: Neftçilər prospekti 153, PBT.

Xüsusi tələblər

  • Maliyyə, Mühasibat uçotu və Audit və ya İqtisadiyyat üzrə ali təhsil;
  • Maliyyə , Mühasibat uçotu və ya Audit üzrə 3-5 il  iş təcrübəsi;
  • Mühasibat uçotu və hesabatlıq üzrə yüksək biliklər; 
  • Müəyyən olunmuş və qəbul olunmuş maliyyə və mühasibat uçotu üzrə sertifikatların və kvalifikasiyaların mövcudluğu ( biri və ya bir neçəsi);
  • Biznes proseslərin təşkili və strukturu üzrə biliklər (xidmət və istehsalat sahəsi);
  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə; 
  • ERP proqram təminatında işləmək bacarığı;
  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili – yaxşı səviyyədə.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
  • Bakı

  • 800 - 1200 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
Telegram kanalımız