Baş İcra Koordinatoru

Xırdalan

Sirab ASC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • CEO və İdarə Heyətinin qəbul etdiyi qərarların icrasını təmin etmək və proseslərə nəzarət etmək;
  • Satış, Marketinq, Logistika, İstehsalat, Maliyyə, İnsan Resursları və digər əsas bölmələr arasında koordinasiyanı təmin etmək;
  • Proseslərin səmərəliliyini artırmaq üçün təkmilləşdirmə strategiyalarını hazırlamaq və tətbiq etmək;
  • KPI-lar əsasında performansın idarə edilməsini təşkil və təqib etmək;
  • Tapşırıqların vaxtında və keyfiyyətlə icrasını izləmək, gecikmə hallarında operativ müdaxilə etmək;
  • Komandaların hesabatlılığını təmin etmək və İcraçı rəhbərliyə detallı analitik hesabatlar təqdim etmək;
  • Daxili əməkdaşlıq mədəniyyətini və təşkilati motivasiyanı gücləndirəcək liderlik davranışları nümayiş etdirmək;
  • 5 günlük iş rejimi; saat 09:00/18:00;
  • Korporativ telefon nömrəsi və danışıq paketi;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).

Xüsusi tələblər

  • Minimum 10 illik rəhbərlik təcrübəsi (tercihen Baş Koordinator və ya Əməliyyat Rəhbəri kimi);
  • FMCG, istehsalat, distribusiya və ya pərakəndə sahələrində təcrübə üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili (ingilis dili arzuolunandır);
  • Ali təhsil (MBA və ya əlaqəli sahələrdə magistr təhsili üstünlükdür);
  • Strateji idarəetmə və əməliyyatların planlaşdırılması üzrə dərin bilik;
  • KPI əsaslı performans ölçmə və izləmə sistemləri qurmaq bacarığı;
  • ERP, CRM və idarəetmə sistemləri ilə təcrübə (SAP, Oracle, Zoho və ya digər);
  • Analitik hesabatların hazırlanması və vizual təqdimat bacarığı (Excel, Power BI, Tableau və s.);
  • Maliyyə göstəricilərinin şərhi və departamentlərarası büdcə koordinasiyası üzrə bilik;
  • Layihə idarəetmə metodologiyalarında (Agile, PMP, Lean) təcrübə;
  • Liderlik və Komanda İdarəetməsi: Müxtəlif komandaları eyni məqsədə yönəldə bilən, ilhamverici liderlik yanaşması;
  • Çevik Qərarvermə: Çətin və təzyiq altında olan situasiyalarda tez və effektiv qərar alma bacarığı;
  • Əlaqə və Təsir: Yuxarı rəhbərlik, departament rəhbərləri və əməliyyat komandaları ilə konstruktiv və strateji ünsiyyət qurma bacarığı;
  • Nəticə Fokuslu Yanaşma: Prosesləri yalnız idarə etməklə kifayətlənməyib, nəticəyə fokuslanan və icra yönümlü düşüncə tərzi;
  • Təşəbbüskarlıq və İnsiyativ: Problemləri öncədən hiss etmək və müdaxilə etməkdə proaktiv yanaşma;
  • Etibar və Etik Yanaşma: Məlumatların konfidensiallığına və etik qərarverməyə yüksək səviyyədə sadiqlik.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
  • Bakı

  • 800 - 1200 AZN

Premium
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
Telegram kanalımız