Şöbə rəisi (Memarlıq və dizayn şöbəsi)

Bakı

SOCAR

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək; 
  • Müxtəlif təyinatlı tikinti obyektlərinin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasına texniki rəhbərliyi həyata keçirmək; 
  • Tikililərin layihə təkliflərinin və planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak etmək; 
  • Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsini, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin etmək;
  • Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik etmək; 
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin etmək;
  • Yuxan təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak etmək; 
  • Layihə olunmuş obyektlərin tikintisinə nəzarət etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək; 
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada memarlıq və tikinti sahələrində nəzarətin həyata keçirilməsini təmin etmək; •
  • Tikintiyə icazə sənədlərinin hazırlanmasını, həmin sənədlərə və müraciətlərə aidiyyəti üzrə baxılmasını, cavablandırılmasını, icrasını və lazımi tədbirlərin görülməsini təmin etmək;
  • Obyektlərin memarlıq-dizayn eskiz layihələrinin işlənməsini təşkil etmək; 
  • Şöbənin işinə ümumi rəhbərlik etmək, layihənin memarlıq hissələrinin işlənib hazırlanmasında iştirak edən işçilər arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət edilməsinə nəzarət etmək;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə tədbirlərdə, komissiyaların və işçi qrupların işində iştirak etmək; 
  • Şöbənin iş planının hazırlanmasını təmin etmək, iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək; 
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatların hazırlanmasını təmin etmək;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqlarının vaxtında icra etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin etmək

Xüsusi tələblər

  • Ali bakalavr
  • 5 İl / Müvafiq sahə üzrə

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
  • Bakı

  • 800 - 1200 AZN

Premium
 
  • Bakı

  • 650 AZN

Telegram kanalımız