İR üzrə mütəxəssis

Bakı

Papa Johns

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əmək qanunvericiliyinə, təlimatlara və  rəhbərinin əmrlərinə uyğun işçilərin qəbul və işdən azad etmək;
  • Əməkdaşları motivasiya və demotivasiya edən amilləri araşdırmaq və İR üzrə menecerə hesabat vermək;
  • Şirkət daxilində davamiyyətə nəzarət etmək və aylıq hesabatları hazırlamaq;
  • Kadr sənədləşməsinə mütəmadi nəzarət etmək, kargüzarlıq qaydalarına əsasən sənədlərin qeydiyyatını və saxlanılmasını təşkil etmək;
  • İşə qəbul olunan işçilərə hesab nömrəsi açılması üçün internet bank vasitəsi ilə sifariş etmək;
  • Qanunvericiliyin tələblərinə uyğun bütün növ əmrlərin hazırlanması, təsdiqlənməsi və onların qeydiyyatının aparılması;
  • İşdən azad olunan işçinin son haqq-hesabı (iş günü, məzuniyyət və s.) barədə məlumatları maliyyə şöbəsinə təqdim etmək;
  • Aylıq davamiyyət cədvəlini yoxlamaq və əmək məcəlləsinə uyğun şəkildə ayı sonlandırmaq;
  • İşçilərin bütün görüşləri və tədbirlərin koordinasiyası və icrası məsələlərində kömək etmək;
  • Əməkhaqqı və motivasiya sistemlərinin hazırlanmasında iştirak etmək;
  • İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirləri rəsmiləşdirmək;
  • İş qrafiki: Həftə içi 5 gün 10:00-19:00.

Xüsusi tələblər

  • Qida sektorundan anlayışlı;
  • Ali təhsil;
  • İR sahəsində minimum 3 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyini və kadr kargüzarlığını çox yaxşı bilməli;
  • Cəmlənmiş uçot vaxtı ilə minimum 1 il iş təcrübəsi;
  • ƏMAS və İSB portallarında olan son dəyişikliklərə hakim olmalı;
  • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
  • Dil bilikləri: Azərbaycan, Rus dili səlis,  İngilis dili arzuolunandı;
  • “MS Office” proqramlarınında sərbəst iş qabiliyyəti.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
  • Bakı

  • 800 - 1200 AZN

Premium
  • Bakı

  • 1500 - 2000 AZN

Telegram kanalımız