L1 SOC Analitiki

Bakı

Proxima Tech Solutions

Vakansiyanın detalları

Vakansiyanın təsviri

İzləmə və Aşkar Etmə

  • SIEM, SOAR və digər təhlükəsizlik platformalarındanb gələn bildirişləri fasiləsiz izləmək
  • Gündəlik təhlükəsizlik loqlarını analiz etmək və anomaliyaları aşkar etmək
  • Təhlükə göstəricilərinə əsaslanaraq şübhəli fəaliyyətləri müəyyənləşdirmək

İnsidentlərin Təsnifatı və Cavab

  • Təhlükəsizlik insidentlərini təhlil etmək və səviyyəsinə görə təsnifləşdirmək
  • Əsas araşdırmaları aparmaq və zərurət olduqda insidentləri L2 analitiklərinə yönləndirmək
  • İnsident cavab prosedurlarına əsasən ilkin cavab tədbirlərini yerinə yetirmək
  • Fişinq, zərərli proqram, giriş cəhdləri, DDoS və digər kiberhücumlar ilə bağlı insidentləri idarə etmək

Təhdid Kəşfiyyatı və Hesabat

  • Təhdid kəşfiyyatı platformasından zəruri məlumatları toplayaraq aşkarlama imkanlarını inkişaf etdirmək
  • Gündəlik və həftəlik insident hesabatları hazırlamaq və müvafiq komandalarla bölüşmək
  • Aşkarlanmış təhdidlər və boşluqlar haqqında SOC rəhbərliyinə məlumat vermək

Əməkdaşlıq və İnkişaf

  • L2/L3 analitikləri, mühəndislər və digər təhlükəsizlik komandaları ilə sıx əməkdaşlıq etmək
  • SOC komandası üçün yeni prosedurlar və strategiyalar barədə təkliflər vermək

Xüsusi tələblər

  • Kibertəhlükəsizlik və ya SOC sahəsində ən azı 1 il təcrübə
  • SIEM (Splunk, ELK, QRadar və s.) haqqında baza bilikləri
  • Şəbəkə təhlükəsizliyi - firewall, IDS/IPS və EDR/XDR barədə anlayış
  • Windows və Linux əməliyyat sistemləri ilə iş təcrübəsi və bu əməliyyat sistemlərində təhlükəsizlik loqlarını analiz etmək bacarığı
  • İnsidentə reaksiya və kibertəhlükəsizlik çərçivələri (MITRE ATT&CK, NIST və s.) üzrə biliklər
  • Təhlükəsizlik log-larını analiz etmək və anomaliyaları aşkar etmək bacarığı
  • Güclü ünsiyyət və sənədləşdirmə bacarıqları


Dil Bilikləri:

  • Azərbaycan dili - məcburi
  • İngilis dili - məcburi
  • Rus dili - arzuolunandır


Üstünlük Verilən Bacarıqlar:

  • Təhlükəsizlik avtomatlaşdırması üçün Python, Bash, PowerShell ilə skript yazmaq bacarığı
  • Şəbəkə və host əsaslı təhdid aşkarlama sistemləri ilə işləmə bacarığı
  • Fişinq və sosial mühəndislik hücumlarının təhlili üzrə biliklər
  • Sertifikatlar (Mütləq deyil, üstünlük verilir)
  • CompTIA Security+ (Başlanğıc təhlükəsizlik bilikləri)
  • EC-Council Certified SOC Analyst (CSA) (SOC rolları üçün ideal)
  • Splunk Certified Cybersecurity Analyst (SIEM sahəsində təcrübə)
  • Microsoft SC-200: Security Operations Analyst (Microsoft SOC mühiti üçün)
  • IBM Certified Analyst


Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 800 - 1200 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
  • Abşeron

  • Razılaşma yolu ilə

Telegram kanalımız