Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş bölməsinin rəhbəri

Mingəçevir

Mingəçevir Dövlət Universiteti

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Dövlət nümunəli sənədlərin hazırlanması, mühafizəsi və müvafiq qaydada tələbə və məzunlara təhvil verilməsini təmin edir;
  • Hər tədris ilinə aid statistik məlumatları toplanmasına nəzarət edir;
  • Məlumatların dəqiqliyini və uyğunluğunu təmin etmək üçün yoxlamalar aparır, təhlil nəticələrinə dair hesabatları tərtib edilməsinə istiqamət verir, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə illik hesabat verilməsinə nəzarət edir;
  • Bölmənin işçilərinin fəaliyyətinə istiqamət verir və rəhbərlik edir.
  • Diplom dublikatı almaq üçün müraciət edən şəxslərin sənədləri yoxlanılması, diplom blankı alındıqdan sonra hazırlanaraq məzuna təhvil verilməsinə nəzarət edir.

Bilməlidir:

  • “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;
  • Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
  • Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və psixologiyasını, tədris planlarının və proqramlarının tərtibini.

Xüsusi tələblər

  • Tam ali təhsil (elmi dərəcəsi olanlara üstünlük verilir);
  • Ali təhsil sistemində minimum 3 il iş təcrübəsi;
  • “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, eləcə də elm və təhsil sahələrinə dair Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları üzrə biliklər;
  • Ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, eləcə də təşkilatçılıq bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, və ingilis dili.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 800 - 1200 AZN

Premium
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız