İmtahan rəhbəri

Mingəçevir

Mingəçevir Dövlət Universiteti

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İmtahan proseslərinin təşkili, keçirilməsi və nəzarəti ilə bağlı mühüm vəzifələri yerinə yetirir. İmtahanların ədalətli, şəffaf və qaydalara uyğun şəkildə keçirilməsini təmin edir.
  • İmtahan nəzarətçilərinin təyinatı və təlimatlandırılmasına, imtahan cədvəllərinin hazırlanması və koordinasiyasına, imtahan otaqlarının ayrılması və lazımi avadanlıqlarla təmin edilməsinə nəzarət edir.
  • Fakültə və kafedralara imtahan materiallarının  toplanması və təhlükəsiz saxlanması, imtahan suallarının məxfiliyinin qoruması və onların vaxtında çatdırılması üzrə istiqamət verir.
  • İmtahan prosesində baş verə biləcək texniki və inzibati problemlərin operativ həllinə  nəzarət edir;
  • Nəticələrin analizi və rəhbərliyə təqdim edilməsi üçün zəruri statistik məlumatlar toplanmasına nəzarət edir.
  • İmtahan nəticələrinin vaxtında və düzgün şəkildə təqdim olunmasını təmin edir.
  • İmtahanlarla bağlı şikayət və apellyasiya prosedurlarında iştirak edir;
  • İmtahan prosesi ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsini təmin edir.

Xüsusi tələblər

  • Tam ali təhsil (elmi dərəcəsi olanlara üstünlük verilir);
  • Ali təhsil sistemində minimum 3 il iş təcrübəsi;
  • “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, eləcə də elm və təhsil sahələrinə dair Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları üzrə biliklər;
  • Ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, eləcə də təşkilatçılıq bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dillərini bilmək üstünlükdür.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 800 - 1200 AZN

Premium
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
  • Gədəbəy

  • Razılaşma yolu ilə

Telegram kanalımız