Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Şirkətin ümumi hüquqi strategiyasının formalaşdırılmasında və hüquqi siyasətlərin hazırlanaraq tətbiqində iştirak etmək;
• Mühüm müqavilələrin hazırlanması, hüquqi ekspertizasını aparmaq və kommersiya risklərini qiymətləndirmək;
• Məhkəmə proseslərinə rəhbərlik etmək, mübahisəli məsələlərdə hüquqi mövqenin hazırlanması və müdafiəsini təmin etmək;
• Yerli və beynəlxalq qanunvericiliyi sistemli şəkildə izləmək, dəyişiklikləri təhlil edərək şirkət fəaliyyətinə düzgün şəkildə inteqrasiya etmək;
• Dövlət orqanları və tənzimləyici qurumlarla strateji hüquqi yazışmaları hazırlamaq və münasibətləri idarə etmək;
• Korporativ hüquqi sənədlərin, daxili qərarların və normativ aktların qanunvericiliyə uyğunluğunu təmin etmək və nəzarət etmək;
• Şirkət daxilində hüquqi konsultasiyaların təşkili, hüquqi auditlərin keçirilməsi və nəticələr üzrə rəhbərliyə tövsiyələrin verilməsi;
• Maliyyə, insan resursları, satış və digər əsas funksional bölmələrə hüquqi müşavirlik və dəstək göstərmək;
• Kommersiya sirri və hüquqi məxfiliyin qorunmasına nəzarət etmək və bu sahədə maarifləndirmə aparmaq;
• Şirkətin rəhbərliyini hüquqi risklər, qanunvericilikdəki dəyişikliklər və potensial hüquqi imkanlar barədə məlumatlandırmaq və hüquqi strategiyalar təklif etmək;
• Zəruri hallarda hüquq şöbəsinin daha junior üzvlərinin işini yönləndirmək və onlara mentorluq etmək

Xüsusi tələblər

• Ali hüquqi təhsil (magistr dərəcəsi üstünlükdür);
• Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi, o cümlədən mülki, əmək, vergi və korporativ hüquq sahələrində dərin bilik və təcrübə;
• Mübahisələrin həlli və məhkəmə proseslərində peşəkar təcrübə və sübut olunmuş uğurlu nəticələr;
• Korporativ hüquqi sənədlərin hazırlanması və idarə olunmasında təcrübə;
• Qanunvericilikdəki dəyişiklikləri təhlil etmək və onları biznes proseslərinə tətbiq etmək bacarığı;
• Analitik düşüncə və kompleks hüquqi məsələləri qiymətləndirmə və həll etmə qabiliyyəti;
• Müstəqil işləmə bacarığı ilə yanaşı, komanda ilə səmərəli əməkdaşlıq qurmaq bacarığı;
• Azərbaycan dilini mükəmməl, rus dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilmək (hüquqi sənədlərlə işləmə bacarığı);
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
• MS Office proqramlarını (xüsusilə Word, Excel, Outlook) sərbəst istifadə bacarığı;
• Peşəkarlıq, etik davranış və məxfilik prinsipinə sadiqlik.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 800 - 1200 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız