Texniki nəzarət üzrə mühəndis

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mövcud qaydalar,sənayenin ən yaxşı təcrübələri,beynəlxalq norma və standartlara əsaslanaraq mexaniki bütövlük fəaliyyətinin həyata keçirilməsi;
  • Müvafiq qeyd və məlumatların dolğun,düzgün rəsmiləşdirilməsinin aparılması, auditələrə təqdim edilməsi üçün hazırlanması və bu işlərdə böyük mühəndisi dəstəkləmək;
  • Avadanlıqların təhlükəsiz istismarına, yoxlanmasına, çıxdaş edilməsinə və təmirinə aid mütərəqqi üsulları öyrənir və istehsalata tətbiq edir;
  • İstehsalatların (sahələrin) mühəndis-texniki işçiləri ilə birlikdə ayrı-ayrı avadanlıqlarda yoxlama, baxış və sınaqların aparılmasında iştirak edir;
  • Komitə üzvü kimi Risk Əsaslı Nəzarət (RBİ) və Texniki Nəzarət İdarəetmə işçi qruplarında iştirak etmək, rəy və təkliflər vermək və nəticələri həyata keçirmək;
  • Texniki nəzarət prosedurlarının və təlimatlarının hazırlanmasında iştirak etmək;
  • Texniki nəzarət işçilərinin, o cümlədən subpodratçıların müvafiq prosedurlara, standartlara və spesifikasiyalara uyğun işləməsini təmin etmək və onlara nəzarət etmək;
  • Texniki nəzarət və sınaq planlarının hazırlanmasını dəstəkləmək və bu sənədlərdə qeyd olunan fəaliyyətlərə nəzarət etmək və həyata keçirmək;
  • Nəticələr və tövsiyələr daxil olmaqla, Texniki Nəzarət fəaliyyətləri haqqında hesabatların hazırlanması və təsdiqi üçün təqdim edilməsi, müvafiq məlumat və hesabatların Elektron İdarəetmə proqramında qeyd edilməsi və ya təmin edilməsi;
  • Aylıq texniki nəzarət hesabatlarının hazırlanması və Texniki Nəzarət üzrə Böyük Mühəndisə təqdim edilməsi;
  • Avadanlıqların pasportlarının tərtib edilməsinə, lazım gəldikdə düzəliş və əlavələrin vaxtlı-vaxtında aparılmasına nəzarət edir;
  • Avadanlıqların quraşdırılması, rekonstruksiyası və təmirindən sonra qəbulunda iştirak edir və texniki sənədlərin qəbuluna, sənədlərin düzgün və dolğunluğuna nəzarət edir;
  • Boru xətləri üçün avadanlıqların və Korroziyaya Nəzarət Zonalarının (KNZ) müəyyən edilməsi, nəzərdən keçirilməsi və təkmilləşdirilməsində iştirak edir,texniki nəzarət və sınaq məlumatlarını toplayır, (Asset Integrity Management) bütünlüyün İdarəolunması proqramı ilə avadanlığın istismar tarixini izləyir və yeniləyir;
  • QK (PSV)-ın sınaq və dərəcələmə (kalibrləmə) proseslərinə nəzarət etmək və sınaq qeydlərini saxlamaq;
  • Lazım olduqda ACA, RCM, HAZOP, SIL, 5WHY, RCA və s. işçi qruplarında fəal iştirak etmək və müvafiq tədbirlər görmək.

Xüsusi tələblər

  • Minimum bakalavr dərəcəsi (Mexanika, Metallurgiya mühəndisliyi ixtisası);
  • Texniki nəzarət sahəsində minimum 3 il təcrübəyə malik olma tələbi. Neft emal, neft kimya sənayesində təcrübə olması üstünlükdür;
  • Aktiv Səviyyə 2 SNT 1C və ya EN 9712 NS (PT) ,US (UT), MSS (MT), VT, RT – hər hansı biri və bir neçəsi olması üstünlükdür;
  • CSWIP Welding Inspector 3.1 və ya 3.2 sertifikatı üstünlükdür;
  • APİ 510,570,571,653,572 biri və ya bir neçəsinin olması arzu olunandır;
  • İngilis dilinde sərbəst. İngilis dili biliyini Təstiq edən İELTS, TOEFL və ya bənzəri beynelxalq sertifikatlar üstünlükdür.

Oxşar vakansiyalar

  • Bakı

  • 800 - 1200 AZN

Premium
 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
Telegram kanalımız