Yerli və xarici bazarı araşdırmaq, istehsal edilən məhsullar haqqında maraq formalaşdırılmasını təşkil etmək;
İxrac əməliyyatı üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması, ixrac əməliyyatları istiqamətində danışıqlar aparmaq, sifariş olunan mal və xidmətlərə görə qiymətlərin alınması və sərfəli qiymətin müəyyənləşdirilməsi;
Məhsulların ixracat satış mexanizminin hazırlanmasında, ixracat satışın həyata keçirilməsi zamanı müqavilələrin və digər müvafiq sənədlərin hazırlanmasında, satışın təşkil edilməsində iştirak etmək və məhsulların təyinat məntəqəsinə vaxtı-vaxtında çatdırılmasının təmin etmək və bunlara görə məsuliyyət daşımaq;
Gələcək müştəri mənbələrinin inkişafı və onların potensiallarını müəyyən etmək üçün məlumat mənbələrini tədqiq etmək;
Hazırkı və gələcək müştərilərlə telefon danışıqları və üzbəüz görüşlərin və təqdimatların təşkilini həyata keçirmək, müştərilər üçün aydın və effektiv yazılı təkliflər hazırlamaq;
Müştərilərin problemləri və şikayətlərinin tez bir zamanda həll olmasına nail olmaq. Mövcud ixrac müştəriləri ilə əməkdaşlığı genişləndirmək və yeni müştəriləri cəlb etmək;
Marketinq, mühasibat, logistika və texniki dəstək əməkdaşları ilə satış səylərini əlaqələndirmək, hazır məhsul satışlarının payının ixrac satışlarında artırılmasını təmin etmək;
Şirkəti yerli və xarici tədbirlərdə təmsil etmək, beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflər hazırlamaq;
İxrac əməliyyatı xidmətləri üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək;
Şirkət tərəfindən müəyyən edilmiş və daxili təlimatlarda qeyd olunan təhlükəsizlik standartlarına və qaydalarına riayət etmək.
Xüsusi tələblər
Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
Rus dili biliyi (oxumaq, yazmaq, danışmaq), digər xarici dil biliyi olan namizədlərə üstünlük veriləcək;