Qonaq xidmətləri üzrə Nümayəndə

Bakı

Fairmont

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qonaqları otaqlarına qədər müşaiyət etmək, onların baqajını otaqlarına qədər aparmaq, onlara aid məktubları və yaxud otel daxilində ehtiyac olduqları digər məmulatları çatdırmaq;
  • Əsas girişin təmiz və səliqəli qalmasını təmin etmək, şüşədən olan yerlərdə ləklərin olmamasına, əsas qapılara diqqət yetirmək, tullantıların boşaldılması zamanı diqqətli olmaq;
  • Zəng Xidmətləri Şöbəsi tərəfindən daxil olan bütün ismarıcları toplamaq və qeydiyyat kitabında yazmaq;
  • Qonaqlar üçün bütün icra olunan xidmətlərin düzgün qeyd edilməsini və müvafiq istiqamətdə icrasını təmin etmək;
  • Qonaqlara baqajla bağlı kömək etmək üçün Lobidə olmaq, təyin edildiyi şəkildə qonaqlara köməklik göstərmək və bütün baqajın qonaq otaqlarından standart vaxt çərçivəsində yığılmasını təmin etmək; 
  • Qaydalara uyğun otaqların dəyişdirilməsinə köməklik etmək;
  • Uzunmüddətli saxlanacaq baqajın düzgün şəkildə saxlanmasını və təhvil verilməsini təmin etmək;
  • Oteldəki bütün təlimatlar və yeniliklər barədə xəbərdar olmaq və qonaqlara lazimi sahədə istiqamət vermək;
  • Departamentin qarşıya qoyulmuş məqsədlərə nail olması və irəliləməsi üçün Ön Ofis idarəetmə işlərində dəstək olmaq;
  • Vəzifəsinə daha yaxşı yiyələnmək və inkişaf etmək üçün təlimdə əldə edilmiş bilik və təcrübədən istifadə etmək və ohdəliklərini yerinə yetirərkən dəqiq olmaq;
  • Gündəlik işləri icra etmək və birbaşa rəhbərə hesabat  vermək;
  • Bütün şöbədaxili təlimatları, siyasəti başa düşmək və onlara  riayət etmək.

Xüsusi tələblər

  • Orta və ya Ali təhsil;
  • Müvafiq vəzifə üzrə minimum təcrübə;
  • Səlis Azərbaycan  dili, İngilis dili, Rus dili orta;
  • Son dərəcə məsuliyyətli olmaq;
  • Sürücülük vəsiqəsi arzuolunandır;
  • Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişən mühit çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək qabiliyyətinə malik olmaq;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmaq.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 600 - 700 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız