Sektor müdiri / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / Monitorinq və təhlil sektoru

Bakı

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sektorunun iş fəaliyyətini təşkil etmək, sektor əməkdaşları arasında iş bölgüsünü səmərəli təşkil edilməsində şöbə müdirinə dəstək olmaq;
  • Sektor əməkdaşları tərəfindən tapşırıqların icra olunmasının keyfiyyətini yoxlamaq və nəzarət etmək;
  • Sektor daxilində iş keyfiyyətinin qiymətləndirilməsinin mexanizmləri barədə şöbə müdirinə təkliflər təqdim etmək;
  • Cəmiyyətin bütün fəaliyyət istiqamətlərini əhatə edən funksiya və proseslər üzrə daxili nəzarət sisteminin qiymətləndirilməsi və xidməti araşdırmaları səmərəli aparmaq, bu istiqamətdə Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər paketi hazırlamaq və şöbə müdirinə təqdim etmək, tövsiyələrin icrasına nəzarət (monitorinq) tədbirlərini aparmaq;
  • Cəmiyyətin sabit və davamlı fəaliyyətini təmin etmək məqsədi ilə Cəmiyyətin fəaliyyəti üzrə sektor tərəfindən keçirilən daxili nəzarət sisteminin qiymətləndirməsi və xidməti araşdırmalar çərçivəsində müəyyən edilmiş risklərin faktiki hala uyğunluğunu yoxlamaq, sektor əməkdaşlarının rəylərini analiz etmək və konsolidə olunmuş şəkildə şöbə müdirinə təqdim etmək;
  • Cəmiyyətin əsas biznes fəaliyyətinin rəvan axımını təmin etmək üçün müəyyən edilmiş inkişaf strategiyasına riayət edilməsinə nəzarət edilməsində şöbə müdirinə dəstək olmaq;
  • Cəmiyyətin resursları və ehtiyatlarından istifadənin məqsədəuyğunluğunu, düzgünlüyünü, həmçinin onlardan istifadəyə nəzarətin effektivliyini qiymətləndirmək və şöbə müdirinə təkmilləşdirmə üzrə təkliflər təqdim etmək;
  • Cəmiyyətin fəaliyyətini əhatə edən müxtəlif funksiya və prosesləri, bu funksiya və proseslərin gedişatı haqqında hazırlanmış hesabatları və bu tipli digər sənədlərin düzgünlüyünü və etibarlılığının yoxlanmasını aparmaq, şöbə müdirinə təkliflər təqdim etmək;
  • Güclü daxili nəzarət mühitinin qorunub saxlanılmasının təmin edilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək, daxili nəzarət sisteminin təkmilləşdirilməsi prosesində şöbə müdirinin tapşırıqlarını icra etmək.

Xüsusi tələblər

  • Yüksək analitik təhlil, ünsiyyət, idarəetmə bacarıqları, kritik düşünmə, əməkdaşlıq, innovativlik (öz üzərində çalışma), dürüstlük, çeviklik,
  • Microsoft Office və digər audit və statistik proqramlar üzrə biliklər;
  • Müxtəlif peşə (CIA, ACCA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzuolunandır.
  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə və ya Mühəndislik)
  • Müvafiq sahə üzrə təcrübə müddəti minimum 4 il.

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 600 - 700 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Razılaşma yolu ilə

Telegram kanalımız