Daxili Nəzarət və Risklərin İdarəedilməsi üzrə Mütəxəssis

Bakı

Blue Planet

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Risklərin İdarə Edilməsi Siyasət və Prosedurlarının həyata keçirilməsinə dəstək vermək;
  • Risklərin müəyyən edilməsi, təsir edən əsas səbəb və amillərinin təhlili əsasında risk siyasətinin formalaşdırılması üzrə təkliflər vermək, müxtəlif risk və tənzimləyici Nəzarət Siyasəti və Prosedurlarına riayət olunmasına nəzarət etmək;
  • Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişlərinə əsasən, struktur bölmələrdə iş fəaliyyətini özündə əks etdirən proses və qaydaların izlənilməsini, epizodik yoxlama və araşdırmalar aparılmasını, xidməti təqdimatların göndərilməsini həyata keçirmək; 
  • Struktur bölmələrdə risklərin dəyərləndirilməsi üçün bütün maliyyə əməliyyat və proseslərinin yoxlanışını həyata keçirmək;
  • Dəyərləndirmə apardığı strukturlarda yoxlama nəticələrinə, müəyyən edilmiş risklərə və aşkarlanan proses boşluqlarına dair aidiyyəti şəxslərə dəyişiklik və əlavələrlə bağlı təkliflər irəli sürmək; 
  • Əməliyyatların davamlı monitorinqini aparmaq, risklərin baş vermə ehtimalını təhlil etmək və proseslər, risklər və nəzarətin təkmilləşdirilməsi üçün təkliflər təqdim etmək; 
  • Əsasnamə ilə nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində nəzarət və yoxlama tədbirlərinin həyata keçirilməsi üçün lazımi şərait yaratmaq və bu tədbirləri vaxtında başa çatdırmaq;
  • Şirkət strukturlarının iş prosesini tənzimləyən prosedur/qayda/təlimatların incələnməsini, risklərin qiymətləndirilməsi və boşluqlar üzrə tövsiyələrin verilməsini həyata keçirmək;
  • Yenilənmiş prosedurlar üzrə iş prosesinin uyğunluğunun yoxlanılması və iş icraatının monitorinqini həyata keçirmək;
  • Biznes prosesləri,riskləri SWOT analizlər metodu ilə araşdırmaq və beynəlxalq təcrübə üzrə uyğunlaşdırmaq;
  • Hər bir struktur üzrə icra edilən iş axışının təsdiqlənmiş binzes proseslə əhatə edilmə vəziyyətinin statistik təhlilini həyata keçirmək;
  • Görülən işlərlə bağlı həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək;
  • İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
  • İş saatları: 09:00 – 18:00, Bazar ertəsi – Cümə;
  • Əməkhaqqı: Təcrübə və müsahibə nəticələrinə əsasən ;
  • Karyera yüksəlişi imkanları;
  • Peşəkar və inkişaf yönümlü iş mühiti;
  • KPI bonusları;
  • Könüllü tibbi sığorta;
  • Korporativ mobil xətt;
  • İşçi endirimləri;
  • Partnyor endirimləri (restoranlar, təhsil, səyahət və s.).

Xüsusi tələblər

  • Ali təhsil: Maliyyə, Mühasibatlıq, Audit, İqtisadiyyat, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə bakalavr (magistr dərəcəsi üstünlükdür);
  • Beynəlxalq sertifikatlar (ACCA, CIA, CRMA, CISA və s.) üstünlük hesab olunur.
  • Daxili nəzarət, risklərin idarəedilməsi və ya daxili audit sahəsində ən azı 3-5 il müvafiq iş təcrübəsi;
  • Pərakəndə satış  (xüsusilə lüks və sport seqmentləri) və ya FMCG sahəsində təcrübə üstünlükdür.
  • Risklərin idarəedilməsi və daxili nəzarət üzrə beynəlxalq standartlar (məsələn, COSO, ISO 31000) haqqında biliklər;
  • Proseslərin xəritələndirilməsi, risk analizi və nəzarət mexanizmlərinin qurulması bacarığı;
  • Prosedurların və siyasətlərin hazırlanması, audit yoxlamalarının təşkili və hesabatlandırma sahəsində təcrübə;
  • Pərakəndə satış əməliyyatlarında risklərə fokuslu yanaşma (anbar, kassalar, satış nöqtələri və s.).
  • MS Office proqramları üzrə yüksək bilik (xüsusilə Excel, PowerPoint və Visio);
  • ERP və POS sistemləri üzrə işləmə bacarıqları
  • Analitik düşüncə və məlumatlarla işləmək bacarığı; Power BI və ya digər analitik alətlər üzrə təcrübə üstünlükdür.
  • Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
  • Müxtəlif funksional komandalarla əməkdaşlıq və əlaqə yaratmaq bacarığı;
  • Güclü yazılı və şifahi kommunikasiya bacarıqları (Azərbaycan dilində sərbəst, İngilis dilində orta və ya yüksək səviyyədə bilik).
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız