Müəssisə: AZ SƏNAYE BANKI ASC
- Departamentin fəaliyyətinin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan digər normativ hüquqi aktlarının tələblərinə və Bankdaxili reqlamentlərin tələblərinə uyğun aparılmasını, həmçinin bank sirrinin qorunmasını təmin etmək;
- İllik büdcə və digər hədəflərin icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək;
- Departamentdə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət/riayət etmək;
- Departamentdə lazımi əmək şəraitinin yaradılması, təsərrüfat, inzibati və texniki dəstəyin təmin edilməsi barədə təkliflər vermək;
- Departament sənədlərinin mühafizəsini və arxivləşdirilməsi işini təşkil və nəzarət etmək;
- Departamentin digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətini təşkil etmək;
- Yoxlayıcılara, auditorlara və Bankın digər struktur bölmələrinə hesabatların hazırlanması üçün tələb olunan lazımi məlumatların təqdim edilməsini təmin etmək;
- Departamentin əvəzetmə planına uyğun olaraq işdə olmayan əməkdaşların səlahiyyətlərini yerinə yetirmək
- Departamentin fasiləsiz iş rejimini təmin etmək məqsədilə işçilərin bir-birilərini əvəz etmələri üçün vəzifələrini keyfiyyətli şəkildə icra edəcək lazımi savada, bacarığa, peşə təcrübəsinə və yararlılığına malik kadr heyətini Bankın insan resursları siyasətinə uygun qaydada yetişdirmək;
- Qanunvericilik, bankın daxili reqlamentləri ilə müəyyən edilmiş, həmçinin rəhbərlər tərəfindən verilmiş digər vəzifə və səlahiyyətləri icra etmək.
- Departament müdiri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirmək üçün bankın digər struktur bölmələrindən lazımi məlumatları və sənədləri tələb etmək;
- Departamentin digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətini təşkil etmək və digər departamentlərin sorğularına subordinasiya qaydalarına riayət etməklə cavab vermək;
- Departamentin işinin təkmilləşdirilməsinə dair təkliflər vermək.
- Bank tərəfinndən istifadəsinə verilmiş proqram təminatı və alətləri iş prosesinə uyğunlaşdırmaq, qanunvericiliyin və günün tələbinə uyğun təkmilləşdirmək, şöbə/departament tərəfindən aktiv istifadəsini təmin etmək;
- İş yerində və prosesində istifadə edilən maddi-texniki vəsaitlərin saxlanılmasını və düzgün istifadəsini təmin etmək.
- Daxil olan məktubların vaxtında və lazımi qaydada cavablandırılmasını təmin etmək.
- Bank proqramı və digər proqramlarla əlaqədar özünə təsis edilən şifrənin gizlilik və təhlükəsizliyini təmin etmək
- Bank sistemində və müxtəlif proqramlarda istifadə edilən istifadəçi kodlarının düzgünlüyündən, gizliliyindən tam məsuliyyət daşımaq, reallaşdırılan əməliyyatların təhlükəsizliyini təmin etmək