Network Performance Reporting and QA Intern

Bakı

Azerconnect
Təcrübə

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Radio, Core və Sabit şəbəkənin elementləri və həmən elementlərdə istifadə olunan ƏPG-lər barədə bilik əldə etmək;
  • Periodik reportların (gündəlik, həftəlik və s.) vaxtında hazırlanması və dəyişikliklərin analiz olunması;
  • Real zamanda Şəbəkənin performansının monitorinqi;
  • Real zamanda performans alarmların müvafiq qruplara göndərilməsi;
  • Rəhbərlikdən və digər şöbələrdən daxil olan istəklərə uyğun analiz hesabatlarin hazirlanması;
  • Müvəffəqiyyətli və səlis əməliyyatların aparılması məqsədilə Radio şəbəkədə aparılan işlərin onun fəaliyyətinə təsir effektinin yoxlanılması;
  • Reportları hazırlamazdan əvvəl dataların tam və düzgünlüyünü yoxlamaq;
  • Məlumatların emal olunmasına və reportların hazırlanmasının avtomatlaşdırılmasına dəstək olmaq;
  • İşin tələblərinə uyğun olaraq davamlı yeni biliklər əldə etmək;
  • Yeni istifadəyə verilən sistemlərin öyrənilməsi və performans monitorinqin operativ təşkil olunması;
  • Qrup üzvləri və rəhbərliklə münasibətlərdə etik qaydalara tam əməl olunması;
  • Müvafiq təhlükəsizlik qaydaları və prosedurlarına riayət etmək və onların riayət olunmasına nəzarət etmək;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

Xüsusi tələblər

  • Telekommunikasiya, Data analitika  və ya buna bərabər digər ixtisas üzrə ali təhsil;
  • Prosess və reportların avtomatlaşdırılmasında məlumatlı olmaq;
  • Verilənlər bazasından məlumat əldə etmək üçün sorğular hazırlanmasını bacarmaq;
  • İstənilən məlumatların səlisliklə vizuallaşdırılması;
  • İstənilən formatda Performans reportlama;
  • Maşın dilindən anlayışı olması arzu olunandır;
  • Statistik analizlərdən anlayışlı olmalı;
  • 4-cü kurs tələbələr və ya Telekommunikasiyaların, Data analitika fakultələrinin yaxınlardakı məzunları;
  • Azərbaycan dili üzrə səlist səviyyədə şifahi və yazılı biliklər, İngilis dili üzrə ən az İntermediate səviyyə, Rus dili üzrə yaxşı səviyyədə şifahi və yazılı biliklərin olması üstünlük sayılır;
  • MS Office proqramlarının mükəmməl istifadəçisi;
  • Python üzrə ilkin anlayışı olmaq;
  • SQL biliyi üstünlükdür;
  • Linux əməliyyat sistemi biliyi üstünlükdür. 

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız