Nömrələrin Rezervasiyası, Qiymət Təklifləri və Otel barədə sualları telefon, faks və ya e-poçt vasitəsi ilə tez və peşəkarcasına cavablandırmaq;
Rezervasiya interfeyslərini MRS (Mərkəzi Rezervasiya Sistemi) və MMS (Mülkiyyət Menecmenti Sistemi) arasında nəzarətdən keçirmək və yeniləmək;
Rezervasiya ilə bağlı nömrələrin təsdiq edilməsinin tez və dəqiq qeydiyyatını təmin etmək;
Otaqlardan gələn gəliri artırmaq məqsədilə Gözləmə siyashısında olan Rezervasiyalara (Waitlisted Reservations) nəzarət etmək və yenidən baxış keçirtmək;
Xüsusi endirimli təkliflərin yoxlanması, izlənməsi və müxtəlif adiyyatı əməliyyat departamentləri ilə bölüşülməsi;
Sənədlərin və təsdiqləmə məktublarının gündəlik şəkildə qeydiyyatını aparmaq;
Həftəlik Rezervasiya şöbəsinin iclaslarında, gündəlik görüşlərdə və təlimlərdə iştirak etmək;
Yaranmış problem və ya sualların vaxtında həll edilə bilməsi üçün onlar barədə birbaşa rəhbərə dərhal məlumat vermək;
Xarici görünüşünə (geyim qaydalarına) qaydalar üzrə nəzərdə tutulmuş tələblərə əməl etmək;
Bütün şöbədaxili təlimatları, siyasəti başa düşmək və onlara riayət etmək;
Birbaşa rəhbər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək;
Şöbənin digər əməkdaşlarının işinə köməklik etmək;
Növbədə olduğu müddət ərzində bütün hesabatları hazırlayıb birbaşa rəhbərə təqdim etmək.
Xüsusi tələblər
Ali təhsil;
Müvafiq vəzifə üzrə təcrübə (üstünlük verilir);
Microsoft Windows kompüter proqramlarını bilmək;
Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq;
Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq;
Son dərəcə məsuliyyətli və etibarlı olmaq;
Diqqətini Qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq;
Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək və İngilis, Azərbaycan və Türk dillərində mükəmməl ünsiyyət etmək;
Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.