Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi;
Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
Marka mesajının doğru kommunikasiya kanalları vasitəsilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
Partnyorlarla daim ünsiyyətdə olmaq və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstək əldə etmək;
Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
Qiymət strategiyasının işlənib hazırlanması;
Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir.
Xüsusi tələblər
Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya magistr dərəcəsi üstünlükdür;
Marketinq meneceri vəzifəsində minimum 2 il iş təcrübəsi;
Marketinq strategiyası, brend idarəçiliyi və bazar araşdırmaları haqqında dərin biliklər;
Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olmaq;
Rəqəmsal marketinq alətləri və sosial media platformaları ilə işləmə bacarığı, Google analytics üzrə biliklər;
Güclü analitik düşüncə, kreativlik və liderlik qabiliyyəti;
Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı.