- Əməyin
mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi, əməyin mühafizəsi üzrə
qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirməlidir.
- İş yerlərində
əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir.
- İstehsalatda
zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və
onların həyata keçirilməsini təşkil etməlidir.
- İş yerlərində sanitar texniki vəziyyətin
yoxlanılmasında iştirak etməlidir.
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn
kompleks planların hazırlanmasını təşkil etməlidir. Binanın, qurğuların və
avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında
iştirak etməlidir.
- Struktur
bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda
tədbirlərin görülməsində iştirak etməlidir.
- İşə
götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə
ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir.
- Qulluqçuların və mühəndis texniki işçilərin əməyin
mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və
attestasiya komissiyasının işində iştirak etməlidir. Xidmətlərə təlimatların
işlənib hazırlanmasında kömək etməlidir.
- İstehsalatda bədbəxt hadisələrin
araşdırılmasında iştirak etməlidir. İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub
və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir.
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə
mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır.
-
Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir:
- sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına;
- əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;
- səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın,
temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik
üzrə aparılmasına;
- aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə;
- qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə;
- iş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
- işçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin
yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
- istehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına;
İş şəraiti:
- İş
yeri: Balakən şəhəri
- İş günləri: bazarertəsi - şənbə