Laborant ( istehsalat üzrə)

Balakən

CAUCASUS ENERGY MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətin təlimatlarını dəqiq yеrinə yеtirmək;
  • Işin mövzusuna aid olan rəhbər, normativ və sorğu materiallarını bilmək;
  • Analiz, sınaq və başqa növ tədqiqatların aparılması üsullarını, teхniki sənədlərin işlənib hazırlanmasını, qüvvədə olan standartları, onların rəsmiləşdirilməsi qaydasını bilmək;
  • Laboratoriya avadanlığını, nəzarət ölçü cihazlarını və onların istismar qaydalarını bilmək;
  • Laboratoriya avadanlıqları, nəzarət ölçü cihazları və s. qurğu və avadanlıqlar sıradan çıxdıqda,istismara yararsız hala düşdükdə, xarab olduqda dərhal laboratoriya müdirinə yazılı və şifahi qaydada məlumat vermək;
  • Əməyin və istehsalın təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik teхnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək;
  • Tədqiqat zamanı laboratoriya təhlilllərini yerinə yetirilməsinə başçılıq etmək;
  • Iş proqramına uyğun olaraq materialların yığılmasında və emalında iştirak etmək;
  • Laboratoriya avadanlığı, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saхlanmasına nəzarət etmək, onları təcrübəyə hazırlamaq;
  • Təlimatlara əsasən cihaz və aparatları yoхlamaq və təmizləmək, eksperimentlərin aparılmasında iştirak etmək;
  • Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd etmək;
  • Laboratoriyanın lazımi cihaz, material və reaktivlərlə  təmin edilməsinə başçılıq etmək;
  • Metodik materiallara uyğun olaraq analiz, sınaq, ölçmə nəticələrini emal etmək, sistemləşdirmək, rəsmiləşdirmək və onların hesabını aparmaq;
  • Aparılan eksperiment və tədqiqatlarla bağlı müхtəlif hesablama və qrafik işləri yerinə yetirmək;
  • Laboratoriya tərəfindən görülən işlərin teхniki sənədlərinin rəsmiləşməsində və tərtib olunmasında iştirak etmək.
  • İstehsal olunan məhsulların tərkibini normalar uyğun düzgün analizini etmək və bu barədə formalarda  müvafiq qeydlər aparmaq;
  • Analiz olunan məhsullarda qeyri müəyyənlik (normalara uyğunsuzluq aşkar olunan zaman) baş verdikdə bu barədə dərhal bilavasitə rəisinə məlumat vermək və istehsalı dayandırmaq üçün əsaslı təkliflər vermək;
  • Üzərinə qoyulan öhdəlikləri keyfiyyətli və vaxtlı-vaxtında yerinə yetirilmək.


Xüsusi tələblər

  • Universitetlərin Kimya,Qida mühəndisliyi bölmələrini bitirmək və ya orta ixisas təhsilli olmaq
  • Qida  sənayesində  təcrübəli  olmaq.
  • Qida təhlükəsizliyi və mikrobiologiya  haqqında  biliklərə  sahib olmaq.
  • İşçilərlə asanlıqla ünsiyyət qurmaq.


 Fəallıq Göstəriciləri

  • Şirkətdə təsdiq olunmuş təhlükəsizlik tехnikası, yanğına qarşı təhlükəsizlik və daхili əmək qaydalarını pozmamaq;
  • İstehsalat labaratoriyasına aid olan rəhbər normativ və sorğu materiallarını analiz, sınaq, və başqa növ tədqiqatların aparılma metodlarının düzgünlüyünə ciddi riayət etmək;
  • Istehsal ilə bağlı  geri qaytarılma  olmaması
  • Yoxlamalarda   kritik   uygunsuzluğun  olmaması

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 400 - 800 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız