Keyfiyyət idarəetmə sistemləri meneceri (əlaqələndiricisi)

Bakı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

•    ISO 9001 və ya digər uyğun standartlara əsaslanan Keyfiyyət İdarəetmə Sistemlərinin inkişaf etdirilməsi, tətbiqi və davamlılığının təmin edilməsi;
•    Daxili auditlərin planlaşdırılması və həyata keçirilməsi, eləcə də sertifikatlaşdırma orqanları ilə xarici auditlərin koordinasiyası;
•    Keyfiyyət komandası ilə sıx əməkdaşlıq edərək əməkdaşlara təlimlərin təşkili və proseslərdə dəstəyin göstərilməsi;
•    Keyfiyyət göstəriciləri üzrə hesabatların hazırlanması və tapıntıların rəhbərliyə təqdim olunması.


İş şəraiti:
•    İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
•    İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
•    İş yeri: Bakı şəhəri, Lev Tolstoy küçəsi 170;

Xüsusi tələblər

•    Təhsil: Ali təhsil (hüquq və ya maliyyə sahələri üzrə olması arzuolunandır);
•    Təcrübə: Keyfiyyət təminatı və ya keyfiyyətə nəzarət fəaliyyətlərini idarə etmək üzrə minimum 3 il təcrübə; 
•    Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək, Keyfiyyətə dair proqram təminatları və ERP sistemləri ilə işləmək bacarığı;
•    Şəxsi bacarıqlar: Layihələrin idarə olunması, komandada işləmə, vaxtın idarə edilməsi, kommunikasiya, konfliktlərin idarə edilməsi və problemlərin həlli bacarıqları, dəqiqlik və sistemlilik;
•    Dil bilikləri: İngilis dili və rus dili bilikləri üstünlükdür;

Digər tələblər: 
•    ISO 9001, Six Sigma və ya digər beynəlxalq standartlara əsaslanan Keyfiyyət İdarəetmə Sistemlərinin qurulması, tətbiqi və saxlanması üzrə praktiki təcrübə;
•    ISO 9001:2015 standartı üzrə bilik və bu sahədə audit prosesləri ilə tanışlıq;
•    Lean, Six Sigma və digər metodologiyalarla davamlı təkmilləşmə və keyfiyyət layihələrində iştirak təcrübəsi;
•    Keyfiyyət komandalarına və funksiyalararası qruplara rəhbərlik, həmçinin işçilərin bu sahədə təlimləndirilməsi və dəstəklənməsi bacarığı;
•    Daxili, xarici və təchizatçı auditlərinin, eləcə də uyğunluq qiymətləndirmələrinin aparılması təcrübəsi;
•    Təchizatçı keyfiyyətinin idarə olunması və tənzimləyici qurumlarla əməkdaşlıq təcrübəsi;

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 400 - 800 AZN

Premium
 
  • Bakı

  • 650 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 600 AZN

Telegram kanalımız