Briqadir (mexanik)

Sumqayıt

Azertexnolayn

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Təmir olunacaq mürəkkəb quruluşlu dəzgahlarda sökmə və yığma işlərinə nəzarət edir, istiqamət verir;
  • Nasaz dəzgahlarda problemi aşkar edir, analiz edərək aradan qaldırılması üçün tədbirlər həyata keçirir, təmirdən sonra yoxlayaraq dəzgahı istifadəyə verir;
  • Yaranmış problemlərin səbəbini aydınlaşdırır və önləyici tədbirlər həyata keçirir;
  • İllik texniki təmir planı üzrə zavod daxilindəki avadanlıq və mexanizmlərin təmir-sazlamasını (sıxma-bərkitmə, yağlama) həyata keçirir;
  • Görülən işlər və istifadə olunan materiallar haqqında rəhbərliyə hesabat verir;
  • Təmir işlərində lazım olan hissələri sifariş verilməsi üçün mütəmadi olaraq rəhbərinə bildirir;
  • Texniki təmir sahəsi işçilərinin əl alətləri və avadanlıqlardan doğru şəkildə istifadə etmələrinə nəzarət edir;
  • Nasaz mexanizmlərin saz vəziyyətdə olan hissələrindən istifadə edərək digər dəzgahları təmir edir, işlək vəziyyətə gətirir;
  • İşçiləri iş öncəsi təlimatlandırır və iş yerində təhlükəsiz iş mühitinin yaradılmasını təmin edir;
  • Baş vermiş mexaniki qəzaların qısa müddətdə aradan qaldırılması üçün tədbirlər həyata keçirir, təmirdə iştirak edəcək  işçiləri təyin edir;
  • Zavod daxilindəki bütün işlək mexanizm, dəzgah və avadanlıqların saz vəziyyətdə saxlanmasına nəzarət edir;
  • Dəzgah və avadanlıqlardan düzgün istifadə edilməsi üçün operatorlara maarifləndirici məlumatlar verir;
  • 5 tonluq kran vasitəsi ilə detalların daşınmasını həyata keçirir (sertifikatı olan);
  • Proqram təminatı üzərindən açılmış qəzaları qəbul edir, görülən işləri və varsa istifadə olunmuş materiallar haqqında məlumat daxil edərək qəzanı bağlayır;
  • Gecə növbəsi üçün aralıq anbarından materialların giriş və çıxışını qeyd edir;
  • İş yeri: Sumqayıt şəhəri;
  • İş rejimi: 3 növbə.

Xüsusi tələblər

  • Təhsili: Mexanik ixtisasını bitirən həm peşə məktəbi həm ali təhsil;
  • İş təcrübəsi: 1 il;
  • Xarici dil: Tələb olunmur;
  • Kompüter biliyi: Tələb olunmur.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 650 AZN dən

Premium
 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • 800 - 1000 AZN

Telegram kanalımız