İnsan Resursları üzrə mütəxəssis

Bakı

Azertexnolayn

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi;
  • İşçi məlumatlarının sistemə düzgün daxil edilməsi və mütəmadi yenilənməsi;
  • İşçilərin vəzifə, maaş və digər əsas göstəricilərində dəyişikliklərin vaxtında sistemə daxil edilməsi;
  • ƏMAS sistemində yaranan problemlərin həlli üçün aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılması;
  • Sistemdə edilən yenilikləri izləmək və tətbiq etmək;
  • Yeni işçilərin əmək müqavilələrinin rəsmiləşdirilməsi və ƏMAS sisteminə daxil edilməsi;
  • İşdən çıxan işçilərin əmək müqavilələrinin sistemdə ləğv edilməsi və qanunvericiliyə uyğun sənədləşmə aparılması;
  • İşçi qəbulu və işdən çıxma ilə bağlı ƏMAS-dan hesabatların çıxarılması və rəhbərliyə təqdim edilməsi;
  • Sınaq müddətində olan işçilərin müqavilə müddətinin izlənilməsi və zəruri tədbirlərin görülməsi;
  • İllik məzuniyyətlərin ƏMAS sistemində qeydiyyata alınması və təsdiqlənməsi;
  • Xəstəlik vərəqələri və ödənişli / ödənişsiz məzuniyyətlərin sistemdə düzgün qeydiyyata alınması;
  • Ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər halların ƏMAS sistemində əks etdirilməsi;
  • İşçilərin məzuniyyət ərizələrinin toplanması və proqramda işlənməsi;
  • Məzuniyyətlərin qanunvericiliyə uyğun verilməsinin təmin edilməsi və müvafiq sənədlərin hazırlanması;
  • Məzuniyyət balanslarını izləmək və işçilərə məlumat vermək;
  • Əmək qanunvericiliyinə əsasən ƏMAS sistemində düzgün əməliyyatların aparılması;
  • Əmək müqavilələrinin qanunvericiliyə uyğun tərtib olunmasına və sistemdə düzgün qeydiyyata alınmasına nəzarət;
  • Dövlət orqanları tərəfindən tələblərə uyğun sənədlərin təqdim edilməsi;
  • ƏMAS sistemindən işçi sayı, işə qəbul, işdən çıxma və digər göstəricilərlə bağlı hesabatların hazırlanması;
  • HR departamenti və rəhbərlik üçün mütəmadi analitik məlumatların təqdim edilməsi;
  • İşçi müqavilələrinin müddətinin izlənilməsi və vaxtında yenilənməsinin təmin edilməsi;
  • İşçilərin ƏMAS sistemi ilə bağlı sorğularının cavablandırılması və dəstək göstərilməsi;
  • HR komandası ilə əməkdaşlıq edərək digər HR proseslərində iştirak etmək;
  • ƏMAS sisteminin istifadəsi ilə bağlı daxili təlimlərdə iştirak və ya təşkil etmək;
  • İş yeri: Sumqayıt şəhəri ;
  • İmtiyazlar: Telefon,nahar,şəhərin 3 istiqamətin

Xüsusi tələblər

  • ƏMAS sistemi ilə iş təcrübəsi və ya öyrənməyə hazırlıq;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əmək münasibətləri üzrə biliklər;
  • HR sahəsində təcrübə (işə qəbul, müqavilə idarəetməsi, sənədləşmə və s.);
  • Microsoft Office proqramları, xüsusilə Excel və Word üzrə biliklər;
  • Dəqiqlik, məsuliyyətlilik və məlumatların məxfiliyinə riayət etmək;
  • Analitik düşünmə və hesabatlarla işləmə bacarığı.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 650 AZN dən

Premium
 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız