Logistika istiqaməti üzrə (daşıma xidmətləri, anbar avadanlıqları, qablaşdırma materialları və əlaqəli logistika xidmətləri daxil olmaqla) satınalma fəaliyyətinin tam dövrünü həyata keçirmək;
Rəqabətli prosedurların (tenderlərin) hazırlanması və keçirilməsi, kommersiya təkliflərinin təhlili və optimal təchizatçıların seçilməsi;
Logistika həlləri bazarının təhlili və yerli və beynəlxalq səviyyədə effektiv təchizatçıların müəyyən edilməsi;
Təchizatçılar və logistika xidmət təminatçıları ilə korporativ standartlara uyğun müqavilələrin hazırlanması və danışıqların aparılması;
Satınalmaların səmərəli həyata keçirilməsi məqsədilə daxili struktur bölmələrlə (logistika, anbar, maliyyə, hüquq) qarşılıqlı əlaqənin təmin edilməsi;
Müqavilə öhdəliklərinin, təchizat müddətlərinin və təqdim olunan xidmətlərin keyfiyyətinin müəyyən olunmuş şərtlərə uyğunluğunun nəzarətdə saxlanılması;
Təsdiqlənmiş büdcəyə riayət olunması və logistika üzrə satınalma xərclərinə nəzarət;
Satınalma sənədlərinin idarə olunması və informasiya sistemlərində (1C, SAP, SharePoint və s.) işləmək;
Anbar avadanlıqlarının satınalınması: rəf sistemləri, anbar texnikası, arabalar, mobil mexanizmlər və konveyerlər
Anbar üçün IT avadanlıqları:skanerlər, printerlər, terminal cihazları və əlaqəli texnika;
Anbar proseslərinin avtomatlaşdırılması;
Qablaşdırma materialları: qutular, paketlər, etiketlər və digər sərfiyyat materialları;
Təchizatla bağlı logistika, anbar və IT komandaları ilə koordinasiya;
Ünvan: Kamil Balakişiyev 5 (Anbarım);
İş rejimi: 5/2 09:00-18:00.
Xüsusi tələblər
Ali təhsil (logistika, iqtisadiyyat, təchizat zəncirinin idarə olunması və ya əlaqəli sahələr üzrə arzuolunandır);
Logistika xidmətləri və/və ya avadanlıqlarının satınalması sahəsində azı 2–3 il iş təcrübəsi;
Logistika prosesləri, təchizat strukturu və yerli və beynəlxalq təchizatçılarla iş xüsusiyyətləri barədə biliklər;
Danışıqlar aparmaq, müqavilələri hazırlamaq və razılaşdırmaq bacarıqları;
Tender prosedurları, təkliflərin analizi və satınalma sənədlərinin hazırlanması üzrə təcrübə;
MS Excel və Word proqramlarında sərbəst işləmək bacarığı; ERP sistemlərində (1C, SAP) təcrübə üstünlükdür;
Məsuliyyətlilik, analitik düşüncə, nəticəyə yönəliklik və komandada effektiv işləmək bacarığı;
Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili arzuolunandır.