Agentliyə gələn qonaqların girişdə qarşılanması, onların qeydiyyatının aparılması, məlumatlandırılması və istiqamətləndirilməsi;
Poçt göndərişlərinin siyahısı üzrə poçt xidməti tərəfindən hər ayın sonunda təqdim edilmiş hesabatlarda, qaimələrdə əks olunan məlumatların düzgünlüyünün yoxlanılması;
Zərurət olduqda xidməti sənədlərin surətinin çoxaldılması və ya çıxarılması, aidiyyəti struktur bölmələrə paylanılması;
Sənədlərin göndərilməsi və göndəriş reyestrlərinin hazırlanması;
Əvvəlcədən məlumat vermədən Agentliyə gələn şəxslərin gəliş məqsədinin öyrənilməsi və bu barədə Agentliyin aidiyyəti əməkdaşına ətraflı məlumat verilməsi;
Agentliyə daxil olan telefon zənglərinə cavab verilməsi, öz səlahiyyətləri çərçivəsində sorğuların cavablandırılması və ya zəngləri aidiyyəti üzrə əməkdaşlara yönləndirilməsi;
Müraciət edən şəxslərin qəbula yazılması və vətəndaş qəbulunun təşkilində iştirak edilməsi;
Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
İş şəraiti:
İş qrafiki:Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
İş saatı:Mövcud iş saatlarından birinin seçimi ilə;
İş yeri:Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Xüsusi tələblər
Təhsil:Ali təhsil;
Təcrübə:1 il vətəndaş müraciətləri və kargüzarlıq üzrə iş təcrübəsi üstünlükdür;
Texniki biliklər:Ofis proqramları üzrə biliklər;
Şəxsi bacarıqlar:Ünsiyyət və təqdimat bacarığı, problem həlletmə bacarığı və konfliktlərin idarəedilməsi, komandada işləmə bacarığı;
Dil bilikləri:İngilis dili və rus dili bilikləri üstünlükdür.