Qazanxana-kompressor operatoru

Azersun Holding

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Müəssisə:  Şamaxı Dairy Farm MMC

  • Mövcud 2 ədəd buxar qazanlarının işlədilməsinə nəzarət etmək
  • Buxar qazanlarının işləməsində baş verə biləcək nasazlıqları qısa vaxtda aradan qaldırmaq
  • Buxar qazanlarının periodik baxımlarını icra etmək
  • Qazanxana sahəsində kalibrasiya və digər dövlət yoxlamalarında iştirak etmək
  • Müəssisənin qaz təsərrüfatına nəzarət etmək
  • Müəssisənin dizel çəninə və nasosuna nəzarət etmək
  • Kondensat çəni və dearatorun nasosları ilə birgə işləməsinə nəzarət etmək
  • Qazanxanada istifadə olunan kimyəvi qatqıların dozaj nasosları ilə istifadəsinə nəzarət etmək
  • İstilik radiatorları və isti su təchizatı üçün mövcud çənlərdə (nasoslar və genişlənmə çənləri daxil) temperaturlara nəzarət etmək
  • Su yumşaltma sisteminin işinə nəzarət etmək və baş verəcək qəzaları aradan qaldırmaq
  • Su yumşaltma cihazı üçün duzlu su məhlulunun hazırlanması və tərs yuma prosesinin icrası
  • Buxar boruları, kollektorları və digər buxar armaturlarının işlərinə daimi nəzarət etmək
  • Qazan ekonomayzerinin işləməsinə nəzarət etmək
  • 4 ədəd ammonyak kompressorlarının işləməsinə nəzarət etmək
  • Ammonyak kompressorlarında baş verə biləcək problemləri qısa vaxtda aradan qaldırmaq
  • Buzlu su hazırlanma çəninə və nasoslarına nəzarət etmək
  • Baudelot soyutma cihazına və nasoslarına nəzarət etmək
  • Ammonyak resiveri və maye ammonyak çəninə və nasoslarına nəzarət etmək
  • Ammonyak soyutma qüllələrinə nəzarət etmək
  • Soyutma qüllələrində istifadə edilən kimyəvi maddələrin istifadəsinə nəzarət etmək
  • Şok soyutma otaqlarının işləməsinə nəzarət etmək
  • Ammonyaklı soyuq anbarların işləməsinə nəzarət etmək
  • Pnevmatik sistemin üçün 8 barlıq kompressorların işləməsinə nəzarət etmək
  • Hava quruducularının və resiverlərin işləməsinə nəzarət etmək
  • 40 barlıq hava boosterlərinin işləməsinə nəzarət etmək
  • 40 barlıq hava quruducularının və resiverlərinin işləməsinə nəzarət etmək
  • 50 mikronluq və 2 mikronluq su filtirləmə (SAF və AMİAD) sisteminin işinə nəzarət etmək
  • Çökdürmə su çənlərinin və nasoslarının işləməsinə nəzarət etmək
  • UV filtirləmə sisteminin (Atlantium) işləməsinə nəzarət etmək
  • Multimedia filtirləmə sisteminə nəzarət etmək
  • Revers Osmos sisteminin işləməsinə nəzarət etmək
  • Revers Osmos sistemində tərs yuma proseslərini aparmaq
  • Revers Osmos sistemində istifadə edilən kimyəvi maddələrin istifadəsinə nəzarət etmək
  • Yanğın suyu hovuzu və normal su anbarına nasoslarla birgə nəzarət etmək
  • Hazar UV filtirləmə sistemlərinə nəzarət etmək
  • Katric tipli filtirləmə sistemlərinə nəzarət etmək- Qazanxana və kompressor sahələrini təmizləmək və təmiz saxlanmasına nəzarət etmək

Xüsusi tələblər

  • Sahə üzrə 3 il iş stajına sahib olmaq
  • Su qızdırıcısı və buxar qazanlarının, köməkçi mexanizmlərin quruluşunu və onlara xidmət etmənin qaydalarını bilmək
  • Cihazların göstəricilərindən asılı olaraq sahə avadanlıqlarının iş rejimini bilmək
  • Qazanxana və kompressor avadanlıqlarının boru xətlərinin sxemini bilmək
  • Təbii qaz və mazotun xüsusiyyətlərini bilmək
  • İstilik-şəbəkə boyler qurğularının quruluşunu bilmək
  • Suyun keyfiyyətinə qoyulan texniki şərtləri və suyun təmizlənməsi üsullarını bilmək
  • İş təhlükəsizliyi, işçi sağlamlığı, sanitariya və ekologiyanın mühafizəsi tədbirlərini bilmək

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 650 AZN dən

Premium
 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız