Avadanlıq operatoru (axşam növbəsi)

Bakı

Azprotein Foods Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Texnoloji avadanlıqların işə salınması və istehsala başlamaq üçün sınaqdan keçirilməsi;
  • İstehsal olunacaq məhsullar üçün ətin, əlavə komponentlərin vaxtında planlaşdırılması və şöbəyə qəbulu;
  • Xammalın müvafiq anbardan emal üçün götürülməsi;
  • Qiymənin ət komponentlərinin reseptə uyğun miqdarının seçilməsi və qiymə mikserinə yüklənməsi;
  • Xammalın mikserlə üyüdülməsi prosesinin icra edilməsi;
  • Ət qarışdırıcıda və yaxud kutter avadanlığında emal etməklə qiymənin hazırlanması;
  • Qarışdırma prosesinin ardıcıllığına riayət edilməsi;
  • Qiymədə komponentlərin vahid paylanmasına və texnoloji təlimatın tələblərinə uyğun olaraq emal ardıcıllığına riayət olunması;
  • Hazır qiymənin ət qarışdırıcıdan və ya kutter avadanlığından boşaldılması və sonrakı emal üçün verilməsi;
  • Hazır qiymənin növbəti istehsal mərhələsinə ötürülməsi;
  • İstifadə edilən avadanlıqların qaydaya uyğun açılması, təmizlənməsi və lazım gəldikdə yuyulması, avadanlıqların saz vəziyyətdə saxlanılması üzrə işlərin icrası;
  • Avadanlıqlarla bağlı günlük müvafiq qeydiyyatların aparılması;
  • Əmək haqqı: 900 - 1000 manat (təcrübəyə əsasən təyin olunacaq);
  • İş qrafiki: 6 günlük;
  • Axşam növbəsi üçün nəzərdə tutulur, iş saat 16:00-da başlayır;
  • Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).

Xüsusi tələblər

  • Yaş həddi:  25 - 45 yaş;
  • Ət və ət məhsullarının istehsalı üzrə avadanlıqlarda 3 – 5 il təcrübəsinin olması;
  • Qida istehsalı sahəsi üzrə avadanlıqlarla işləmək bacarığı, avadanlıqlar barəsində nəzəri və praktiki biliklərin olması;
  • İngilis dili biliyi arzuolunandır;
  • Ofis proqramları orta səviyyədə.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Razılaşma yolu ilə

Telegram kanalımız