Agentliyin daxili və xarici sənədlərində brend qaydalarına əməl olunmasına diqqət yetirir, pozuntu halları aşkarladıqda sektor müdirinə bu barədə məlumat verməklə müvafiq düzəlişi edir;
Müxtəlif xarakterli mətn, sual-cavab və s. kimi maarifləndirici və məlumatlandırıcı məzmunlar üçün illüstrasiyalar, qrafiklər hazırlayır;
Əlamətdar günlər və tarixlərlə bağlı sosial media postlarının, təbrik açıqcalarının (yaradıcı yanaşma nümayiş etdirməklə) dizaynlarının hazırlanmasını təmin edir;
Agentliyin fəaliyyəti barədə müxtəlif məlumatlandırıcı məzmunlar hazırlayır;
Vətəndaşları məlumatlandırmağı hədəfləyən informativ videoçarxlar və illüstrasiyalar hazırlayır;
Agentliyin çap məhsullarının brend qaydalarına uyğun olmasına nəzarət edir, uyğun olmadıqda qaydalara əsasən dəyişiklikləri edir;
Agentliyin fəaliyyət istiqamətlərinə aid şablon tipli (sosial media postları, ikonlar, qrafik elementlər, təqdimatlar və s.) fayllar hazırlayır;
Təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin edir;
Agentliyin fəaliyyəti ilə bağlı korporativ və promo materialların ( çap materialları ) dizayn işlərini yerinə yetirir;
Təqdimatların brend qaydalarına uyğun hazırlanmasında iştirak edir;
Tədbir və görüşlərdə foto və videoçəkilişlərin aparılmasını təmin edir;
Vəzifəsi üzrə sektor müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
Sektor müdirinin tapşırığı əsasında Agentliyin fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyaların rəsmi internet səhifəsində yerləşdirilməsini və onun daimi yenilənməsini təmin edir;
İclaslar, vebinarlar, konfranslar və s. tədbirlərə dair press-relizlərin qrafik hissəsini tərtib edir;
Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatların vizual illüstrasiyalarının hazırlanmasını təmin edir;
Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Xüsusi tələblər
Qrafik dizayn üzrə ali təhsil;
İxtisas profilinə uyğun 3 il iş təcrübəsi;
Qrafik dizayn, 2D və 3D animasiya və foto, video redaktəsi üzrə proqram bilikləri;
Yüksək səviyyədə MS Office bilikləri;
Azərbaycan dilini səlis bilməli, ingilis dili və rus dili arzuolunandır;