Information Technology Specialist

Bakı

Sağlam Ailə

Vakansiyanın detalları

Vakansiyanın təsviri

İstifadəçilərə texniki dəstək:

  • İşçilərdən müraciətlərin qəbulu və emalı (telefon, e-poçt və ya sorğu sistemi vasitəsilə).
  • Avadanlıq, proqram təminatı və daxili sistemlərlə işləmə qaydaları üzrə istifadəçilərin məsləhətləndirilməsi.
  • Hadisələrə və sorğulara vaxtında reaksiya göstərilməsinin təmin edilməsi.

Kompüter və ofis texnikasının xidməti:

  • İşçi stansiyalarının, printerlərin, skanerlərin, POS-terminalların və digər avadanlıqların quraşdırılması və sazlanması.
  • Ofis texnikasının profilaktikası və xırda təmiri.
  • İstehlak materiallarının (məsələn, kartriclərin) dəyişdirilməsi.

İT-infrastrukturun dəstəklənməsi:

  • Yeni iş yerlərinin qoşulması, şəbəkə bağlantılarının qurulması.
  • Şəbəkə nasazlıqlarının diaqnostikası və aradan qaldırılması.
  • İnternet və telefon əlaqələri ilə bağlı provayderlərlə əməkdaşlıq.

Proqram təminatı ilə iş:

  • Əməliyyat sistemlərinin və tətbiqi proqramların quraşdırılması və yenilənməsi.
  • İxtisaslaşmış tibbi proqram təminatının (MIS, LIS və s.) sazlanması və dəstəklənməsi.
  • Elektron növbə sistemi, qeydiyyat terminalları və elektron hesabat sistemi ilə iş.

Sənədləşmə işləri:

  • Help Desk sistemində müraciət kartlarının doldurulması.
  • İstifadəçilər üçün texniki təlimatların və yaddaş vərəqlərinin hazırlanması.
  • Texnika və proqram təminatının uçotunun aparılması.

Uzaqdan dəstək:

  • Filiallara və mobil laboratoriyalara uzaqdan texniki yardımın göstərilməsi.
  • Filiallardakı avadanlıqların vəziyyətinə nəzarət.

Digər şöbələrlə qarşılıqlı əlaqə:

  • Tibb və inzibati heyətlə əməkdaşlıq.
  • Mürəkkəb texniki məsələlər üzrə sistem administratorları və mühəndislərlə qarşılıqlı iş.

Təhlükəsizlik qaydalarına və standartlara əməl olunması:

  • Daxili İT siyasətləri və standartlara uyğun işin təşkili.
  • Məlumatların qorunması və məxfiliyinin təmin olunması.

Xüsusi tələblər

İstifadəçi dəstəyi:

  • İstifadəçilərə kompüter, printer, skaner, POS-terminal və digər periferik avadanlıqlarla iş barədə xidmət və məsləhət göstərmək təcrübəsi.
  • Texniki təhsili olmayan tibb işçilərinə texniki həlləri nəzakətli və anlaşılan şəkildə izah etmək bacarığı.

Əməliyyat sistemləri ilə iş:

  • Windows (7/10/11) əməliyyat sistemində əminliklə işləmək, OS-in əsas prinsiplərini bilmək.
  • PowerShell və əmr sətri (CMD) ilə əsas səviyyədə işləmə bacarığı.
  • Linux ilə işləmə bacarığı (arzuolunandır, amma məcburi deyil).

Şəbəkə bacarıqları:

  • Lokal şəbəkələrin iş prinsiplərini anlamaq: IP ünvanlama, DHCP, DNS, marşrutlaşdırma.
  • Şəbəkə problemlərini diaqnostika və aradan qaldırmaq bacarığı.
  • Şəbəkə avadanlıqlarını (kommutatorlar, marşrutlayıcılar, Wi-Fi giriş nöqtələri) ilkin səviyyədə qurmaq bacarığı.

Ofis proqramları və ixtisaslaşmış tibbi sistemlər:

  • Microsoft Office proqramlarını (Word, Excel, Outlook) mükəmməl bilmək.
  • Elektron növbə sistemləri, LIS (Laboratoriya İnformasiya Sistemləri), MIS (Tibbi İnformasiya Sistemləri) ilə iş təcrübəsi üstünlük sayılır.
  • RDP, TeamViewer, AnyDesk və digər uzaqdan giriş alətləri ilə işləmə bacarığı.

Sorğular və sənədlərlə iş:

  • Help Desk sistemlərində (məsələn, Jira, Bitrix, OTRS və ya oxşar) işləmə bacarığı.
  • Hadisələrin, müraciətlərin, həllərin və istifadəçilər üçün təlimatların sənədləşdirilməsi bacarığı.

Arzu olunan əlavə bacarıqlar:

  • İnformasiya təhlükəsizliyi əsaslarını anlamaq (antiviruslar, parol siyasəti, ehtiyat nüsxələmə).
  • Ofis texnikasının (printerlər, MFP, skaner) texniki müşayiəti üzrə təcrübə.
  • Tibb və ya əczaçılıq sahəsində iş təcrübəsi üstünlük sayılır.
  • CCTV
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 700 AZN dən

Premium
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Sumqayıt

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız