Mərkəzin icraçı qurum olaraq müəyyən edildiyi dövlət proqramlarından irəli gələn təlim, maarifləndirmə tədbirləri və seminarların təşkili;
Şöbəyə daxil olmuş təqdimatlar əsasında təlim və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
Bakı şəhərində və regionlarda yerləşən ali təhsil müəssisələrində dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı görüşlərin təşkili;
Müxtəlif mövzularda təlimlərin keçirilməsi və təlim modullarının hazırlanması;
Müqavilə əsasında Mərkəz tərəfindən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına təlimlərin təşkili;
Mərkəzin icraçı qurum olaraq müəyyən edildiyi dövlət proqramlarından irəli gələn tədbirlərlə bağlı hesabatların hazırlanması;
Təlimlər və dövlət qulluğunun təbliği ilə bağlı maarifləndirmə tədbirlərinə dair press-relizlərin hazırlanması və bu məlumatların Mərkəzin və aidiyyəti dövlət orqanlarının internet portallarında yerləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi;
Müxtəlif qurumlar tərəfindən təşkil edilən karyera sərgilərində iştirak;
Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq analitik məlumatların və metodiki vəsaitlərin hazırlanması;
Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin qabaqcıl təcrübəsinin öyrənilməsi və yeniliklərin tətbiqi məqsədilə təkliflər hazırlanması;
Qəbul olunmuş dövlət proqramları çərçivəsində dövlət qulluğu sahəsində həvalə edilmiş digər tapşırıqların icrası;
Şöbənin fəaliyyəti ilə bağlı iş planlarının və hesabatların hazırlanmasında iştirak;
İcraatına daxil olan yazılı, şifahi və elektron müraciətlərə baxılması və qanunvericiliyə uyğun olaraq cavablandırılması
Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, mərkəzin nümayəndəsi qismində və s.);
Rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması.
Xüsusi tələblər
Təhsil: İqtisadiyyat və idarəetmə, humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
İş stajı: Vəzifənin fəaliyyət istiqamətləri üzrə minimum 2 il iş təcrübəsi
Kompüter bilikləri: Windows ƏS, MS Office proqramları və internet resurslarından yüksək səviyyədə istifadə bacarığı
Xarici dil bilikləri: İngilis dili – B2, Rus dili – B1
Dövlət qulluğu ilə bağlı sertifikatın mövcud olması
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsini” dolduraraq mövzu bölməsində “Dövlət strategiyaları ilə iş və insan kapitalının inkişafı şöbəsi, aparıcı məsləhətçi” qeyd etməklə 30 iyun 2025-ci il tarixinədək[email protected] elektron poçt ünvanına göndərə bilərlər.