Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində müvafiq qeydlərin aparılması;
Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində qeydiyyatda olan gəmilərə “Minimum heyət tərkibi haqqında Şəhadətnamə”nin və digər gəmi sənədlərinin verilməsi ilə bağlı sənədlərin hazırlanması;
“Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq gəmilərin və dəniz limanlarının yoxlanılmasını həyata keçirmə, həmçinin keçirilən yoxlamalara uyğun olaraq şəhadətnamələrin hazırlanması;
Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin fəaliyyətinin yoxlanılmasında iştirak edilməsi və müvafiq sənədlərin hazırlanması;
Gəmilərin və gəmiçilik şirkətlərinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə” üzrə həyata keçirilmiş yoxlamaların nəticəsinə uyğun olaraq müvafiq Şəhadətnamələrin hazırlanması;
Gəmiçilik şirkətlərinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə” üzrə planlarının yoxlanılması;
Gəmi agenti kursları üzrə proqramların hazırlanmasında iştirak edilməsi;
Gəmilərin təhlükəsiz istismarına dair sənədlərin hazırlanması;
Şöbənin vəzifələrinə uyğun olaraq əmrlərin və müraciətlərlə bağlı müvafiq sənədlərin hazırlanması;
Xüsusi tələblər
“Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları” haqqında biliklər;